• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhriyar Məmmədyarov: Belə xanıma qarşı kişilərdən daha çox ehtiyatlı oynamaq lazımdı

Şəhriyar Məmmədyarov: Belə xanıma qarşı kişilərdən daha çox ehtiyatlı oynamaq lazımdı
15.09.2015 09:48
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 final mərhələsinin ilk oyununda təmsilçimiz Şəhriyar Məmmədyarov çinli Hou Yifanla heç-heçə oynayıb.

Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdən sonra keçirilən mətbuat konfransında Şəhriyar Məmmədyarov bunları deyib: "Oyunun gedişində çox maraqlı vəziyyət yaranmışdı. Düşünürdüm ki, rəqib bir gediş etməklə heç-heçəyə oynayacaq. Vəziyyətə görə heç-heçə mənim üçün də rahat olardı. Amma rəqib fərqli oynadı. Bundan sonra vəziyyəti təhlükəli görürdüm. Bir sözlə, maraqlı vəziyyət idi. Rəqibim də yaxşı oynadı. Sona yaxın gördüm ki, qələbə qazanmaq üçün şans çox azdır. Bir epizodda yalandan tez oynadım ki, guya nəsə görürəm. Amma əslində heç nə görmürdüm”.

"Rəqibin xanım olmasının sənin üçün hansısa fərqi var” sualını qrossmeysterimiz belə cavablandırıb: "Baxır xanıma. Mənim rəqibim dünya çempionudu. Ən güclü qadın şahmatçısı ilə oynayıram. Belə xanım şahmatçıya qarşı kişilərdən daha çox ehtiyatlı oynamaq lazımdı”.

Qeyd edək ki, sentyabrın 15-də Şəhriyar Məmmədyarovla Hou Yifan arasında ikinci görüş keçiriləcək. Bu dəfə Məmmədyarov ağ fiqurlarla mübarizə aparacaq.

Görüş saat 15:00-da start götürəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol