• $
  • €
  • ₽
  • ₺
  • £

Azad Rəhimov: Yolların hazırlanmasına 12 milyon manat nəzərdə tutulub

Azad Rəhimov: Yolların hazırlanmasına 12 milyon manat nəzərdə tutulub
18.12.2015 11:15
Bu il Azərbaycan idmanı üçün uğurlu il olub və idmançılarımız böyük naliyyətlər əldə edib.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Qran Priyə həsr olunmuş mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, keçirilən sorğu nəticəsində biz görürük ki, 2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışmasına böyük maraq var: "Respondentlərin çoxu bu yarışları dəstəkləyir və bilet almaq istəyirlər. Biz əminik ki, bu yarış çox maraqlı olacaq".

A.Rəhimov deyib ki, yarış keçiriləcək umumi tras 6 km olacaq: "Yarış maşınları 51 dəfə həmin trası yarış zamanı keçəcək. Həmin trasda 20 döngə var. Trans Bakının maraqlı yerlərindən keçir, o cümlədən dənizkənarı parkıdan, İçərişəhər ətrafından keçəcək. Yarışlar zamanı maşınların sürəti 340 km qədər çatacaq və biz düşünürük ki, bu yarışı daha çox maraqlı edəcək. 30 minə qədər bilet satılacaq. Biletlərin qiymətləri müxtəlifdir. Azərbaycan vətəndaşlarına biletlərin qiymətlərində 40 faizə qədər endirim ola bilər. Minimum biletin qiyməti 19 AZN olacaq. Çalışırıq ki, hamının biletləri əldə etmək imkanı olsun. Biletlərin satışı online fomada keçiriləcək".

x x x

Nazir qeyd edib ki, hazırda Formula 1 yarışması ilə bağlı yolların hazırlanması üçün aparılan işlərə 12 milyon manat vəsait nəzərdə tutulub: "Bu günə qədər Formula 1 ilə bağlı əməliyyat şirkəti 5 milyon manat xərcləyib. Bu xərclər tədbirlərin, seminarların keçirilməsinə, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə yönəlib".

A.Rəhimov deyib ki, qarşıda bir sıra işlər qalır: "Məsələn, yol kənarına bardurların, setkaların quraşdırılması və s. Təxminən 3-4 aydan sonra yarışın büdcəsi tam formalaşacaq".

x x x

Nazir deyib ki, yolların təmiri istiqamətində işlər sürətlə davam etdirilir: "Bu yolların təmiri yalnız yarış üçün deyil, yarışlardan sonra Bakı sakinləri də bu yeni yollardan istifadə edəcək".

A.Rəhimov bildirib ki, Formula 1 təşkilatı Bakıda yarışların keçirilməsi üçün Azərbaycana heç nə ödəmir: "Biletlərdən gələn gəlir isə Azərbaycanın büdcəsinə yönəldilir. Bildiyiniz kimi, Formula 1 yarışının Azərbaycanda keçirilməsi üzrə müqavilə 10 illikdir. 5 ildir ki, biz bu yarışları keçiririk. Müqavilə sona çatandan sonra onu uzatmaq da mümkündür. Bakı şəhər halqası əməliyyat şirkətində 50-də artıq Azərbaycan vətəndaşı, 3 xarici mütəxəssis çalışır. Biz çalışırıq ki, Azərbaycan vətəndaşları işləsinlər və bu yarışların keçirilməsində geniş təcrübə qazansınlar ki, gələn illərdə yarışları tam yerli mütəxəssislər aparsın, xarici mütəxəssislər cəlb olunmasın".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol