Azərbaycan yığmasının üzvü “Qalatasaray”da

Azərbaycan millisinin basketbolçusu Çarlz Devis 2016-cı ilə yeni komandada başlayacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın 32 yaşlı milliləşdirilmiş legioneri 2009-cu ildən formasını geyindiyi "Banvit” klubundan ayrılıb.
Amerika əsilli hücumçu "Qalatasaray”la anlaşıb. 204 sm boya malik Devis 6 aylıq müqaviləyə imza atıb. Əgər tərəflər arasında hansısa narazılıq olmasa razılaşma növbəti mövsüm üçün də qüvvədə qalacaq.
Qeyd edək ki, Devis 2010-cu ildən Azərbaycan millisinin şərəfini qoruyur. O, Avropa Oyunları zamanı 3X3 yığmamızda oynamasa da, əsas komandamızda qitə çempionatında özünü yaxşı tərəfdən göstərib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















