• $
  • €
  • ₽
  • ₺
  • £

Norveçli idmançı Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir

Norveçli idmançı Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir
26.05.2016 15:26
"Mən qadın güləşinə diqqət ayrılan ölkə üçün çıxış edəcəm”.

20 yaşlı norveçli idmançı, güləşçi Siqne Fidye Store Azərbaycan vətəndaşlığını qəbul etmək istəyi bütün ölkəyə səs salıb.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Rio-de-Janeyro Olimpiya oyunlarında iştirak etmək hüququ qazanan idmançının bu bəyanatı verməyə vadar edən səbəb Norveç Güləş Federasiyası ilə yaranan münaqişə olub.

Siqne Mari federasiyanın qadın güləşinə yetərincə diqqət ayırmadığını hesab edir.

"Federasiya qızları yarışlara yollamır. Bundan başqa, federasiyaya üzv olmamız üçün bizdən 30 min kron istəyirlər. Əgər bu münasibət davam edərsə, mən vətəndaşlığımı dəyişib, qadın güləşinə diqqət ayrılan ölkə üçün çıxış edəcəm. Belə ölkə Azərbaycandır. Mən Norveç vətəndaşlığından imtina edəcəm və Azərbaycan vətəndaşlığını qəbul edəcəm , - idmançı deyib. 

Əgər norveçli idmançı dediyini həyata keçirsə, Olimpiadadan sonra Azərbaycanın bayrağı altında çıxış edə bilər. Doğrudur, bunun üçün ən əsası skandinaviyalı idmançını milli komandanın tərkibinə cəlb etməyə dair Azərbaycan Güləş Federasiyasının istəyi olmalıdır.

Siqne Mari Olimpiadada 69 kq qədər çəki kateqoriyasında çıxış edəcək. O, qadın güləşi üzrə Olimpiya yarışlarında çıxış etmək hüququ qazanan ilk qadın Norveç idmançısıdır.
İdmançı özünü Olimpiya medalına namizəd sayır. Mütəxəssislər də Fidye Storenin Rioda uğur qazanmaq qabiliyyətinə malik olduğunu bəyan ediblər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol