"Mançester Siti" türk futbolçuya görə 20 milyon funt ödəyəcək

Klub Borussiya ilə Gündoğanın transferinə dair razılığa gəlib
İngiltərənin "Mançester Siti" klubu yaxın vaxtlarda "Borussiya"nın (Dortmund, Almaniya) yarımmüdafiəçisi İlkay Gündoğanın komandaya keçidini elan edəcək.
"Report" BBC-yə istinadən xəbər verir ki, klublar 25 yaşlı türk əsilli futbolçunun 20 milyon funt sterlinq müqabilində transferi barədə razılığa gəliblər.
Belə olan halda, Gündoğan yeni baş məşqçi Xosep Qvardiolanın dövründə "şəhərlilər"in ilk yeni futbolçusu olacaq.
Xatırladaq ki, Gündoğan dizində əməliyyat tələb edən zədə səbəbindən Fransada keçiriləcək Avropa çempiontı və İngiltərə Premyer Liqasınının yeni mövsümünün əvvəlini buraxmalı olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















