UEFA "Barselona" klubunu 150 min avro cərimələdi

UEFA İspaniyanın "Barselona" klubunu azarkeşlər tərəfindən bu mövsüm Çempionlar Liqası oyunlarında Kataloniya separatçılarının qeyri-rəsmi bayrağı olan estelladanın nümayiş etdirilməsinə görə cərimələyib.
"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
"Barselona" 150 min avro cərimə olunub. Bu məbləğin 50 min avrosu şərtidir. Bu kimi insidentlər növbəti iki il ərzində təkrarlanmayacağı təqdirdə, bu məbləğ kluba qaytarılacaq.
Futbol klubu UEFA-nın bu qərarı ilə razı deyil və onu şikayət etmək niyyətindədir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















