Azərbaycan voleybolunda ağır itki

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Aleksandr Çervyakov dünyasını dəyişib.
anews.az xəbər verir ki, təcrübəli mütəxəssis ötən gecə dünyasını dəyişib.
Milli komandamızda uzun müddət Faiq Qarayevin köməkçisi kimi işləmiş çalışdırıcı əsas yığmamızın baş məşqçiliyini də edib. O, millimizə İtaliyada keçirilmiş 2014-cü il dünya çempionatında rəhbərlik edib.
Qeyd edək ki, Aleksandr Çervyakov bir sıra klublarımızda da baş məşçi kimi işləyib.
Allah rəhmət eləsin!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























