• $
  • €
  • ₽
  • ₺
  • £

Ayaz Quliyev döydüyü ABŞ vətəndaşından üzr istədi: Xəcalət çəkirəm

Ayaz Quliyev döydüyü ABŞ vətəndaşından üzr istədi: Xəcalət çəkirəm
29.05.2020 05:10
Aqressiv davrandım. Günahımı etiraf edirəm. Zərərçəkəndən bir daha üzr istəyirəm.

Bu sözləri Moskva "Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev klubun rəsmi saytına açıqlamasında deyib.

22 yaşlı yarımmüdafiəçi dünən Moskvada komandasının məşqinə gedərkən ABŞ vətəndaşı ilə dalaşıb və onun burnunu sındırıb. Sonradan tərəflər məsələni yoluna qoyub və xarici turist futbolçudan şikayət etməyəcəyini bildirib. 

Bununla belə, futbolçu etdiyi hərəkətə görə utandığını və klubundan üzr istədiyini bildirib: 

"Məni tam fərqli prinsiplərlə tərbiyələndirən doğma klubumdan da üzr istəyirəm. Komandamızın "qırmızı-ağlı” azarkeşləri qarşısında isə çox xəcalət çəkirəm. Bu hadisə mənim üçün ömürlük dərs olacaq”.

Əlavə edək ki, "Spartak” rəsmi saytı vasitəsilə Quliyevə sərt intizam sanksiyası tətbiq ediləcəyini açıqlayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" "Barselona"ya məğlub olub - yenilənib
İdman 23:35
"Sabah" "Barselona"ya məğlub olub - yenilənib
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək
İdman 14:58
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
İdman 21:51
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol