• $
  • £

Bu il Bakıda Dünya Kuboku keçirilə bilər

Bu il Bakıda Dünya Kuboku keçirilə bilər
28.05.2020 21:57
Mayda Bakıda keçirilməsi planlaşdırılmış, lakin təxirə salınmış paracüdo üzrə Qran-Prinin yeni tarixi bilinib.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) "International Blind Sports Federation” (IBSA) ilə müzakirələr aparıb və Qran-Prinin 2021-ci ildə keçiriləcəyi ilə bağlı razılıq əldə edilib.
 
Razılığa əsasən, turnir Bakıda 2021-ci ilin may ayında keçiriləcək və "Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq. Eləcə də, IBSA 2020-ci ildə idmançılar üçün yarışların məhdud olmasını və MPK-nin ötən il keçirilmiş Qran-Prini yüksək səviyyədə keçirməsini nəzərə alaraq, bu ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi ilə bağlı Komitəyə müraciət edib. Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.

IBSA MPK-nın paracüdo üzrə Qran-Priyə olan hazırlıqlarını yüksək qiymətləndirib və Komitənin hazırlıq dövründə maliyyə itkiləri ilə üzləşdiyi üçün təəssüf hissini bildirib. Milli Paralimpiya Komitəsi isə öz növbəsində idmançıların və onları müşayiət edən şəxslərin  sağlamlığlarını və təhlükəsizliyini maliyyə itkilərindən daha üstün tutduğunu bildirib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” və “Qarabağ”dan azarkeşlərinə müraciət
İdman 16:29
“Neftçi” və “Qarabağ”dan azarkeşlərinə müraciət
"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib
İdman 22:20
"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib
“Sabah” - “Qarabağ” matçına bütün biletlər satılıb
İdman 18:17
“Sabah” - “Qarabağ” matçına bütün biletlər satılıb
AFFA “Neftçi”ni 26 min manatcərimələnib
İdman 12:14
AFFA “Neftçi”ni 26 min manatcərimələnib
Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan uzaqlaşdırıb
İdman 19:02
Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan uzaqlaşdırıb
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
İdman 18:06
Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol