Arda haqda kitab yazıldı

Türkiyə millisinin və "Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan haqda yazılan kitab bu gün satışa çıxarılıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ispaniyalı yazar Xuan Rodriqes Qarridonun müəllifi olduğu kitabın adı "Arda Turan, Bayrampaşanın dahisi"dir.
Kitabda türk yarımmüdafiəçinin futbol macəraları, başına gələn maraqlı hadisələr yer alıb. Ardanın böyüyüb boya-başa çatdığı Bayrampaşanın onun xarakterinə təsir etdiyi vurğulanıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























