• $
  • €
  • ₽
  • ₺
  • £

“31 Mart Müstəqillik günüdür”- Biabırçı cavablar

“31 Mart Müstəqillik günüdür”- Biabırçı cavablar
31.03.2014 13:12
Bu gün erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 96 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. ANN.Az apasport.az saytına istinadən məlumat verir ki,bundan 96 il keçməsinə baxmayaraq, hər il xalqımız 31 mart hadisələrini böyük hüznlə anır. Ona görə də güman etmək olar ki, həmin günü ölkəmiz üçün hansı tarix olduğunu uşaqdan böyüyə hamı bilir. Ancaq çox təəssüf ki, belə deyilmiş. Buna Topaz Premyer Liqasında çıxış edən yerli futbolçuların bəziləri ilə danışan zaman şahid olduq. Sualımız isə çox bəsit idi: “31 Mart Azərbaycan tarixində hansı gün kimi qeyd olunur?” Buyurun, cavablarla tanış olun. Samir Zərgərov (“İnter”in yarımmüdafiəçisi): “Bilmirəm. Nə günüdür ki? (biz dedikdən sonra) Soyqırım? Həə, elə də yazarsınız ki, Samir bilmədi. Bilirsiniz, hazırda mən bütün diqqətimi zədəmin sağalmasına yönəltmişəm. Bu səbəbdən başqa heç nə haqqında fikirləşə bilmirəm”. Aqil Nəbiyev (klubsuz): “31 mart? Yadıma heç nə düşmür. Soyqırım günüdür? Vallah, onu demək istəyirdim. Ancaq fevral mənim fikrimi qarışdırdı (fevralda ona Xocalı soyqırımının olduğunu xatırladırıq). Ruslan Tağızadə (“Qəbələ”nin müdafiəçisi): “31 mart Müstəqillik günüdür”. Elmar Baxşıyev (“Qəbələ”nin yarımmüdafiəçisi): “Qardaş, məsciddəyəm, indi danışa bilmirəm. (Heç 2 dəqiqə keçməmiş yenidən zəng vurur) Bağışlayın, bayaq danışa bilmirdim. Azərbaycanlıların soyqırım günüdür”. Rauf Əliyev (“Bakı”nın hücumçusu): “Səhv etmirəmsə, Soyqırım günü olmalıdır”. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi): “Martın 31-i Azərbaycan əhalisinə qarşı ermənilər tərəfindən soyqırım törədilib. Özüm Quba-Qusar zonasından olduğum üçün, bunu bilməməyim mümkün deyil”. Mahir Şükürov (“Neftçi”nin müdafiəçisi): “Bunu bilməmək olar? Təbii ki, bu gündə ermənilər azərbaycanlılara qarşı vəhşilik ediblər”. Qeyd edək ki, son turun oyunlarından sonra bununla bağlı bəzi futbolçulardan açıqlama almağa çalışdıq. Ancaq qarşılaşmalardan öncə 31 mart hadisəsi ilə bağlı 1 dəqiqəlik sükut edildiyindən, oyunçular bundan məlumatlı idi deyə onları burda yazmağa ehtiyac duymadıq.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol