• $
  • €
  • ₽
  • ₺
  • £

"Qəbələ" "Lion"la əməkdaşlığa başlayır

"Qəbələ" "Lion"la əməkdaşlığa başlayır
11.03.2014 18:24

“Qəbələ” Futbol Akademiyasının məşqçi heyəti nəzəri və praktiki  biliklərinin artırılması məqsədilə daha bir işgüzar səfər gerçəkləşdirəcək.

 

ANN.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, akademiyanın nümayəndə heyəti fevralın 12-dən 17-dək  Fransanın “Lion” klubunun qonağı  olacaq.  

Nümayəndə heyətinin tərkibinə “Qəbələ” Furtbol Akademiyasının  hollandiyalı direktoru Stenli Brard və onun müavini Nail Kərimov,  eləcə  də akademiyanın yuxarı yaş qruplarında çalışan məşqçilər Famil Xəlilov  (U-17), Zaur Hacıyev  (U-16), Hüseynqylu Quliyev (U-15) və Xaqani Məmmədov  (U-14) daxil ediliblər. 

Səfərdə məqsəd Avropanın aparıcı klublarından olan “Lion” klubunun fəaliyyəti istiqamətləri ilə yaxından tanış olmaqdır. Yeri gəlmişkən, klubun rəsmən adı “Olimpik” olsa da, yerli futbolsevərlər bu komandanı daha çox “Lion” kimi tanıyırlar.

Səfər proqramı “Qəbələ” məşqçilərinin işgüzar gəzintisinin maraqlı və faydalı olacağını vəd edir. Belə ki, "Qəbələ"nin nümayəndələri səfər zamanı Lion klubunun futbol akademiyasının fəaliyyəti ilə tanış olacaq, müxtəlif yaş qruplarının məşqlərini izləyəcək və yerli  mütəxəssislərlə  təcrübə mübadiləsi aparacaqlar. Bundan başqa nümayəndələr Fransa  klubunun əsas komandasının 2 matçını canlı izləyəcəklər. Onlar Fransa çempionatının “Lion” – “Monako” oyununu, habelə Avropa Liqası turniri çərçivəsində “Lion” -  “Viktoriya” (Plzen,Çexiya) matçına yerli arenada tamaşa edəcəklər. 

Qeyd edək ki, səfər üçün “Lion” klubunun seçilməsi təsadüf deyil. Belə ki, Lion təmsilçisinin futbol akademiyası Avropada analoji təsisata malik ən yaxşı 5 klub sırasındadır. “Lion”nun futbol akademiyası Avropa ölklərinə peşəkar futbolçu ixracına görə “Barselona”dan sonra ikinci  sıradadır. Dəfələrlə  Fransa  çempionatının qalibi olmuş və ölkə  kubokunu qazanmış “Lion”un əsas komandasının hazırkı heyəti klubun futbol akademiyasının yetirmələrindən təşkil olunub. Bu baxımdan  Avropanın ən öncül akademiyasında olmaq, burada görülən işlərlə yaxından tanış olmaq “Qəbələ”li mütəxəssilər üçün çox faydalı olacaq.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol