Ronaldo zədələdiyi futbolçuya zəng etdi

İspaniya kubokunun yarımfinal mərhələsinin "Real"la cavab qarşılaşmasında zədələnən "Atletiko"nun futbolçusu Xavyer Mankilyo xəstəxanaya aparılıb.
Qol.Az-ın məlumatına görə, başı üstə yerə yıxılan və az qala boynu qırılacaq futbolçunun müayinə olunması üçün belə bir addım atılıb.
Mankilyoya qarşı qaydanı pozan Kriştiano Ronaldo isə qarşılaşmadan sonra ona zəng edərək necə olduğunu soruşub.
Qeyd edək ki, "Atletiko" - "Real" matçı qonaqların qələbəsi ilə başa çatıb - 0:2.
Qol.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























