• $
  • €
  • ₽
  • ₺
  • £

Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb - Yenilənib

Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb - Yenilənib
27.06.2026 23:03

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinə yekun vurulub.

Milli Gimnastika Arenasında təşkil olunan yarışda gecənin bütün qarşılaşmaları başa çatıb.

Son olaraq əsas döyüşdə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.

Yüngül çəkidəki görüşdə Fiziyev rəqibinə qalib gəlib. O, ikinci raundda Torresi nokaut edib.

"UFC Fight Night Baku" turnirində Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub.

 

***

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turniri başlayıb.

Milli Gimnastika Arenasında təşkil olunan yarış yerli vaxtla saat 17:00-da start götürüb.

Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək. Digər əsas qarşılaşmalarda azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo, Fərman Həsənov isə ABŞ təmsilçisi Erik Nolanla qarşılaşacaq. Tahir Abdullayevin rəqibi braziliyalı Cefferson Nasimento olacaq.

Turnirin ilkin görüşləri:

Tahir Abdullayev (Azərbaycan) – Cefferson Nasimento (Braziliya)

Bekzat Almakhan (Qazaxıstan) – Jan Matsumoto (Braziliya)

Daniil Donçenko (Ukrayna) – Teodor Bergqren (İsveç)

Kaan Ofli (Avstraliya) – Xavyer Reyes (Kolumbiya)

Nursulton Ruziboyev (Özbəkistan) – Andrey Pulyayev (Rusiya)

Abdul Rəhman Yaxyayev (Türkiyə) – Culius Uolker (ABŞ)

Fərman Həsənov (Azərbaycan) – Erik Nolan (ABŞ).

Əsas döyüşlər:

Abus Maqomedov (Almaniya) – Mixal Olekseyçuk (Polşa)

İkram Aliskerov (Rusiya) – Bruno Ferreyra (Braziliya)

Asu Almabayev (Qazaxıstan) – Çarlz Conson (ABŞ)

Nazim Sadıxov (Azərbaycan) – Mateus Kamilo (Braziliya)

Şarabutdin Maqomedov (Rusiya) – Mişel Pereyra (Braziliya)

Rafael Fiziyev (Azərbaycan) – Manuel Torres (Meksika).

UFC ilk dəfə 2025-ci ildə Bakıda turnir keçirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub
İdman 22:00
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib
İdman 21:55
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib

Azərbaycanlı şahmatçı Fransa çempionu olub
İdman 12:45
Azərbaycanlı şahmatçı Fransa çempionu olub
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
İdman 09:19
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İdman 19:50
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İsgəndər Cavadov fəxri diplomla təltif edilib
İdman 14:10
İsgəndər Cavadov fəxri diplomla təltif edilib

Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
İdman 14:19
Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
AFFA-da yeni təyinatlar
İdman 23:00
AFFA-da yeni təyinatlar
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İdman 21:48
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol