ÇSKA - "Qarabağ" oyunu start götürüb - Canlı
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu başlayıb.
Qarşılaşma "Vasil Levski" stadionunda keçirilir.
Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.
***
UEFA Avropa Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək Bolqarıstanın ÇSKA və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
ÇSKA: Fyodor Lapouxov, Pastor, Can-Filipp Qpamen, Brunu Jordan (K), Maks Ebonq, Stefano Sensi, Santyaqo Qodoy, Teodor İvanov, Anxelo Martino, İonnis Pittas, Serxio Rodriqes
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Bense Varkonyi, Marko Yankoviç, Abdullah Zubir, Zakariya Savo, Kadi Borges, Aleksey Kaşuk, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Bədavi Hüseynov (K)
ÇSKA - "Qarabağ" görüşü bu gün saat 22:00-da "Vasil Levski" stadionunda start götürəcək.