• $
  • £

“Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb - Yenilənib

“Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb - Yenilənib
31.07.2026 00:54

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" səfərdə Bolqarıstanın ÇSKA (Sofiya) klubuna penaltilər seriyasında 4:5 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Sofiyadakı "Vasil Levski" stadionunda keçirilən görüşün əsas və əlavə vaxtında hesab açılmayıb. Bakıda baş tutan ilk qarşılaşma da 0:0 hesabı ilə yekunlaşdığından qalib penaltilər seriyasında müəyyənləşib. ÇSKA futbolçuları onbirmetrlik zərbələri daha dəqiq yerinə yetirərək növbəti mərhələyə yüksəlib.

Beləliklə, "Qarabağ" UEFA Avropa Liqasındakı mübarizəsini başa vurub. Ağdam təmsilçisi avrokuboklarda çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək və bu raundda Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək. UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 6 və 13-də keçiriləcək. 

***

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu başlayıb.

Qarşılaşma "Vasil Levski" stadionunda keçirilir.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

 

***

UEFA Avropa Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək Bolqarıstanın ÇSKA və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

ÇSKA: Fyodor Lapouxov, Pastor, Can-Filipp Qpamen, Brunu Jordan (K), Maks Ebonq, Stefano Sensi, Santyaqo Qodoy, Teodor İvanov, Anxelo Martino, İonnis Pittas, Serxio Rodriqes

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Bense Varkonyi, Marko Yankoviç, Abdullah Zubir, Zakariya Savo, Kadi Borges, Aleksey Kaşuk, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Bədavi Hüseynov (K)

ÇSKA - "Qarabağ" görüşü bu gün saat 22:00-da "Vasil Levski" stadionunda start götürəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
İdman 09:27
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib
İdman 15:34
Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib
Maradonanın ölümündən əvvəl dediyi son sözlər açıqlanıb
İdman 09:15
Maradonanın ölümündən əvvəl dediyi son sözlər açıqlanıb
Çimərlik voleybolu üzrə ölkə çempionatında finalçılar müəyyənləşib
İdman 21:52
Çimərlik voleybolu üzrə ölkə çempionatında finalçılar müəyyənləşib
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
İdman 18:24
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
Elvin Yunuszadə Türkiyənin "Boluspor" klubu ilə müqavilə imzalayıb
İdman 16:38
Elvin Yunuszadə Türkiyənin "Boluspor" klubu ilə müqavilə imzalayıb
Qəbələ Musiqi Festivalında ilk dəfə Azərbaycan və dünya kinofilmlərinin musiqiləri səsləndirilib
İdman 18:00
Qəbələ Musiqi Festivalında ilk dəfə Azərbaycan və dünya kinofilmlərinin musiqiləri səsləndirilib
Turan Quliyev Bakıda təşkil olunan dünya çempionatında ilk görüşündə məğlub olub
İdman 20:00
Turan Quliyev Bakıda təşkil olunan dünya çempionatında ilk görüşündə məğlub olub
Əliyar Ağayev UEFA-dan təyinat alıb
İdman 18:03
Əliyar Ağayev UEFA-dan təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox