• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: “İki futbolçu ilə razılığa gəldik, amma…”

Qurban Qurbanov: “İki futbolçu ilə razılığa gəldik, amma…”
03.02.2015 21:58

"Çempionata hazırlıq prosesini yaxşı başa vurduq. Ancaq buna baxmayaraq, yenə də çatışmazlıqlar var. Hər zaman qeyd etmişəm ki, fasilədən sonra komanda optimal vəziyyətə düşmək üçün çempionatda 3-4 tur oynamalıdır".

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antlayadakı təlim-məşq toplanışını dəyərləndirərkən deyib.
O, Azərbaycan Premyer Liqasının 20-cu turunda "Bakı"ya qarşı keçirəcəkləri matç haqda da danışıb:
"Qarşıda bizi çətin oyun gözləyir. "Bakı" ilk yarıda onlarla oynadığımız hər iki matçda bizi çətinlik yaradıb. Hətta bərabərə qaldığımız ilk görüşdə məğlub da ola bilərdik".
Q.Qurbanov qış transferi pəncərəsində futbolçu almamalarının səbəbindən də bəhs edib. Bildirib ki, iki futbolçunu transfer etmək istəsələr də, onları klubları ilə anlaşmayıblar:
"Çox istəyirəm ki, komandaya yeni futbolçular cəlb edək. Nə qədər çalışsaq da, bu, baş tutmadı. İki oyunçu ilə razılığa gəldik. Amma onların klubları ilə anlaşa bilmədik. Komandada hər zaman müxtəlif mövqelərdə futbolçuya ehtiyac duyulur. Biz də çox istəyirdik ki, hücumçu və yarımmüdafiəçi alaq".

ANN.Az


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol