Dünyanın ən zəif millisi mundialın növbəti mərhələsində

Futbol üzrə Butan yığması 2018-ci il dünya çempionatının seçmə mərhələsinin ilkin raundu çərçivəsində Şri-Lanka millisi üzərində qələbə qazanıb.
ANN.Az-ın Trend-ə istinadən məlumatına görə, cavab oyunu 2-1 hesabı ilə başa çatıb. İlk matçda da Butan 1-0 hesabı ilə üstün olmuşdu.
Butan təsnifat raundunda 5 komandadan ibarət 8 qrupdan birinə düşəcək, yekunda isə mundiala yola düşmək üçün Yaponiya, İran və Cənubi Koreya kimi ölkələrlə qarşılaşa bilər.
Qeyd edək ki, Butan FIFA-nın reytinqində sonuncu - 209-cu yeri tutur.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















