UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

Türkiyəli hakim Cüneyt Çakır Avropa Liqasının 1/4 finalın mərhələsinin cavab oyunlarına təyinat alıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən istinadən yaydığı xəbərə görə, o, aprelin 23-ü keçiriləcək "Napoli" - "Volfsburq" matçını idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk oyunda "Napoli" səfərdə "Volfsburq"a 4:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, C.Çakır bu mövsüm Avropa Liqasının 1/8 finalın "Roma" - "Fiorentina", 1/16 finalın "Zenit" - PSV qarşılaşmalarını da idarə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















