• $
  • €
  • ₽
  • ₺
  • £

"Xəzər Lənkəran" Kiyev "Dinamo"sunun yetirməsini bəyəndi

"Xəzər Lənkəran" Kiyev "Dinamo"sunun yetirməsini bəyəndi
23.04.2015 16:26
1 həftəyə yaxındır ki, "Xəzər Lənkəran"ın düşərgəsində baxışdan keçən ukraynalı Andrey Saxneviç bəyənilib.

Sport7.az-ın əldə etdiyi özəl xəbərə görə, 6 gün əvvəl 26 yaşını qeyd etmiş cinah müdafiəçisini artıq "Xəzər Lənkəran"ın futbolçusu saymaq olar.

Ancaq bu futbolçunun keçidinin baş tutması üçün  "Xəzər Lənkəran"a qoyulan transfer qadağasının aradan qaldırılması lazımdır. Belə ki, 2011-ci ildə "Xəzər Lənkəran"ın düşərgəsində olmuş bosniyalı müdafiəçi Veldin Muharemoviçin FİFA-ya şikayət etməsindən sonra klub transfer yasağı cəzası ilə üzləşib. Ona görə də klub hüquqşünasları Beynəlxalq Arbitraj Məhkəməsində bu qadağanın aradan qaldırılacağına ümid edirlər.

Qeyd edək ki, Kiyev "Dinamo"sunun yetirməsi olmuş Andrey Saxneviç heç vaxt əsas komandada oynaya bilməyib. O daha çox "Dinamo"nun II və III komandalarında çıxış edib. Saxneviç 2011-2013-cü illərdə "Aleksandriya" və ötən mövsüm Zaporojye "Metallurq"unda çıxış edib. Ötən ilin sonlarında onun "Metallurq"la müqaviləsi başa çatıb və sərbəst futbolçuya çevrilib. Ukraynanın 17, 19 və 21 yaşadək yığmalarında çıxış etmiş Andreyin əsas mövqeyi müdafiənin sağ cinahıdır. Ancaq onun müdafiə və yarımmüdafiənin solunda oynamaq təcrübəsi də var.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol