• $
  • €
  • ₽
  • ₺
  • £

Azad Rəhimov: Avropa Oyunlarına tam hazırıq

Azad Rəhimov: Avropa Oyunlarına tam hazırıq
30.04.2015 20:02
 
"Avropa Oyunlarına 43 gün qalmış ilk akkreditasiyanı almağıma çox sevinirəm. Bu akkreditasiyanın və uniformaların əhəmiyyəti çox böyükdü. İşçi heyətimizin və könüllülərimizin bunlardan qürurla istifadə edəcəklərinə şübhəm yoxdu”.
 
Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı-direktoru olan Rəhimov və BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunları üçün öz uniformalarını və akkreditasiya kartlarını götürüblər. Nazir Bakı-2015-in Uniformaların paylanması və Akkreditasiya Mərkəzində baş tutan mərasimdə fikirlərini də açıqlayıb.

O bildirib ki, Oyunlara qısa bir müddət qaldığı vaxtda Azərbaycan böyük bir yol keçib: "Bu yol öncə bizə - hazırlıq işləri üçün çalışan gənclərimizə, 1000 nəfərdən artıq Avropa Oyunlarının Təşkilat Komitəsində işləyən heyətimizə, həmçinin 17-18 minə qədər komandamızla çalışan könüllülərə böyük bir təcrübə gətirib. Bütün xalq, Azərbaycan gözəl anları yaşayır. Həqiqətən də ölkəmizdə belə möhtəşəm, belə böyük tədbir heç vaxt keçirilməmişdi. Biz çox sevinirik ki, bu gün - Oyunlara 43 gün qalmış deyə bilərik ki, yarışa tam hazırıq”.

Rəhimov iyunun 12-28-də baş tutacaq Oyunlar üçün heç bir sahədə gecikmə olmadığını vurğulayıb. O qeyd edib ki, dünyanın ən yüksək standartlarına cavab verən idman qurğuları inşa olunaraq, istifadəyə verilir: "Bunlar sabah gənclərimizin, sakinlərimizin ixtiyarında olacaq. Bu gün şəhərimiz gündən-günə gözəlləşir. Paytaxtın müxtəlif yerlərində yeni brendinqlərin açılışının şahidi olacaqsız. Tam əminliklə deyə bilərəm ki, Bakı Oyunları keçirməyə və qonaqları qəbul etməyə hazırdı”.

Nazirin sözlərinə görə, Bakı-2015 ailəsinin geyinəcəyi uniformalar paytaxtımıza gələcək idmançılar, qonaqlar üçün bu proyektdə nə qədər insanın çalışdığını birbaşa göstərəcək.

Avropa Oyunlarının yüksək səviyyəlidə keçiriləcəyinə əminliyini ifadə edən Rəhimov yarışın Azərbaycanın tarixində qalacağını, xüsusi iz buraxacağını deyib.

Rəhimov Avropa Oyunlarının təbliğində rol oynayan KİV nümayəndələrinə də təşəkkürünü çatdırıb: "Sizə öz dərin minnətdarlığımızı bildirmək istəyirəm ki, daima bizlə birgə olmusuz. Bizim bütün addımlarımızı işıqlandırmısız. Şəhərdə bu gün çox gözəl ab-hava var və inanırıq ki, bu Oyunlar Azərbaycanın inkişafını, dəyərlərini, mədəniyyətini, qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcək”.

Nazirin ardınca tədbirdə söz alan Saymon Kleq dəstəyə görə Bakı-2015-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlığını çatdırıb. Baş direktor dünya səviyyəli tədbirin plana uyğun getdiyi üçün sevincini də gizlətməyib. O bildirib ki, uniforma və akkreditasiyaların artıq təqdim olunması bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına daha bir addım yaxınlaşdırır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol