• $
  • €
  • ₽
  • ₺
  • £

“Baku Cup” beynəlxalq tennis turniri başlayıb

“Baku Cup” beynəlxalq tennis turniri başlayıb
26.07.2015 16:00
Bakı Tennis Akademiyasında "WTA international” seriyalı ənənəvi "Baku Cup” beynəlxalq tennis turniri keçirilir. ANS PRESS-in məlumatına görə, 250 min ABŞ dolları uduş fondu olan turnirdə dünyanın tanınmış tennisçiləri iştirak edirlər. 

Bu il Bakıya 2014-cü il Avstraliya çempionatının finalçısı Dominika Tsıbulkova (Slovakiya), Françeska Skyavone (İtaliya), Boyana Yovanovski (Serbiya) və Roberta Vinçi (İtaliya) gəliblər.


"Baku Cup” beynəlxalq tennis turniri bakı Tennis Akademiyasında keçirilir


İyirmiyə yaxın ölkədən gələcək tennisçilərdən, həmçinin belçikalı Yanina Vikmayer və Kristen Flipkensi qeyd etmək olar. Ötən il yarımfinalda oynayan Stefani Voegele (İsveçrə), Anastasiya Pavlyuçenkova (Rusiya Federasiyası), Kurumi Nara (Yaponiya) kimi tennisçilər də bu il turnirə qatılacaqlar. Bu il güclü tennisçilərin iştirak edəcəyi turnirdə gərgin və maraqlı mübarizələrin tamaşaçıları tennis kortlarına cəlb edəcəyi gözlənilir.


Beynəlxalq turnirə iyirmiyə yaxın ölkənin tennisçiləri qatılıb


Daha əvvəl Bakıya gələn ən yüksək reytinqli tennisçi Vera Zvonareva (Rusiya Federasiya) olub. O, 2011-ci ildə keçirilən turnirdə dünya üçüncüsü qismində çıxış edib.




"Baku Cup” turnirinin daha əvvəlki qalibləri Vera Zvonareva (Rusiya, 2011-ci il), Boyana Yovanovski (Serbiya, 2012-ci il), Elina Svitolina (Ukrayna, 2013 və 2014-cü illər) olublar.

Ölkəmizdə beşinci dəfə keçirilən turnir avqustun 2-dək davam edəcək.



Artıq turnirdə iki qarşılaşma keçirilib.



Özbəkistan təmsilçisi Niqina Abdurrahimova rusiyalı Ksenia Likinanı hər iki setdə 6:3 və 6:4 hesabı ilə məğlub edərək təsnifat mərhələsinin final raunduna yüksəlib.



Azərbaycan tennisçisi Amina Dikin ukraynalı Olqa Yançukla görüşü isə Ukrayna təmsilçisinin 6:2 və 6:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ukraynalı tennisçi də final raunduna adlayıb.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol