Stadionda partlayış: 29 ölü, 60 yaralı

23:42 | 25.03.2016
Stadionda partlayış: 29 ölü, 60 yaralı

Stadionda partlayış: 29 ölü, 60 yaralı

İraqın paytaxtı Bağdadda futbol oyunu zamanı partlayış törədilib.

"Report"un məlumatına görə, hadisə Asriye kəndində yerli futbol komandaları arasındakı matç bitdikdən sonra kubokun təqdim edildiyi vaxt baş verib.

Azarkeşlər arasına girən kamikadzenin özünü partlatması nəticəsində 29 nəfər ölüb, ən azı 60 nəfər xəsarət alıb. Terror aktının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb