“Stimul Hospital” jurnalistin anasının ölümü ilə bağlı açıqlama verib

17:10 | 19.03.2024
“Stimul Hospital” jurnalistin anasının ölümü ilə bağlı açıqlama verib

“Stimul Hospital” jurnalistin anasının ölümü ilə bağlı açıqlama verib

"Stimul Hospital” Şirvan şəhər sakini Bahar Qasımovanın 2024-cü il martın 18-də  baş verən ölümü ilə bağlı açıqlama yayaraq baş verən hadisənin təfərrüatlarını ictimaiyyətə çatdırıb və həqiqətin məhkəmə tibb ekspertizası nəticəsində bəlli olacağını bildirib. Bu barədə  Qafqazinfo məlumat yayıb. 
 
"1967-ci il təvəllüdlü xəstə martın 7-də ürəkbulanma, tək-tək qusma, göbəkaltı nahiyədə ağrılar və arıqlama şikayətləri ilə hospitala müraciət edib.
Həkimin apardığı  müayinə və analizlər əsasında ona xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb. Martın 9-da xəstə "İstanbul NS” Kilinikasında qastrofibroskapiya müayinəsindən keçib. Martın 11-dən başlayaraq martın 18-ə kimi  xəstəyə ambulator şəraitdə antianemik müalicə tətbiq olunması üçün sistemlər köçürülüb, sistemlərin heç bir əlavə təsiri olmayıb",  -  klinika bildirib. 

Klinikanın açıqlamasına görə, martın 18-də  xəstə "İstanbul NS” Klinikasında ağciyərin rentgeni müayinəsindən keçdikdən sonra sistem köçürülməsi üçün hospitala gətirilib və sistem köçürməsi zamanı xəstənin vəziyyəti anidən pisləşib. Xəstəyə dərhal reanimasiya tədbirləri (süni tənəffüs, ürək masajı, adrenalin inyeksiyası) görülsə də 30 dəqiqədən artıq aparılan tədbirlər fayda verməyib, xəstəni xilas etmək mümkün olmayıb.

Baş vermiş faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbi təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunacaq.

Mərhumun oğlu, jurnalist Fərahim Qasımov anasının ölümündə klinikanı ittiham edir. O, klinikada valideyninə müayinə olunmadan sistem köçürülməsini bildirib. 

Baş Prokurorluq məsələ ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmaya başlanıldığını bildirib.









www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti