Stiven Hokinqin həyatından bəhs edən film çəkildi

19:24 | 10.12.2014
Stiven Hokinqin həyatından bəhs edən film çəkildi

Stiven Hokinqin həyatından bəhs edən film çəkildi

Məşhur britaniyalı fizik-nəzəriyyəçisi Stiven Hokinqin (Stephen Hawking) həyatından bəhs edən film çəkilib.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, "Hər şeyin nəzəriyyəsi” (Theory of Everything) adlanan filmin təqdimat mərasimi Lononda baş tutub. Film alimin 30 il evli olduğu və 1995-ci ildə boşandığı ilk həyat yoldaşı Ceyn Uayldla bir yerdə Hokinqin Kembric Universitetində təhsil aldığı vaxtlardan bəhs edir.

Çəkilişlərdə həm Hokinq, həm də Uayld aktiv iştirak ediblər. Tənqidçilərin müsbət rəy verdiyi filmin Oscara namizəd ola biləciyi ehtimal olunur. Hokinq onu canlandıran aktyorun da oyunundan razı qalıb: "Mənə elə gəlir ki, Edi Redmayn məni çox yaxşı canlandırıb. Bəzi anlarda ekranda özümü gördüyümü zənn elədim”.

Alimin keçmiş həyat yoldaşı Uayldı isə Felisiti Cons canlandırıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM