Street-art: Vyana küçələrindəki incəsənət - REPORTAJ

19:08 | 04.12.2015
Street-art: Vyana küçələrindəki incəsənət - REPORTAJ

Street-art: Vyana küçələrindəki incəsənət - REPORTAJ

Rüstəm Qasımov

Avropanın mədəniyyət paytaxtlarından sayılan Vyanada incəsənət həmişə böyük həssaslıqla yanaşılıb. İncəsənətin daha çox ənənəvi, klassik qoluna olan sevgiylə fərqlənən şəhərdə, müasir cərəyanları məsələn, küçə incəsənəti nümunələrini görmək mümkündür. Bu cərəyan təzə-təzə yarananda, bəzi vyanalılar bunu hətta vandalizm kimi qəbul etmişdilər. 

Ancaq indi o münasibət çoxdan dəyişib. Vyana küçə incəsənitdə Avropanın müasir mədəniyyət ocaqları olan London, Paris, Berlin kimi şəhərlərlə daban dabana gedir. 

Bundan başqa, hazırda Vyanaya qraffitilər çəkmək üçün dünyanın məşhur strir-artçıları gəlirlər, küçə incəsəni nümunələrini Vyanada daha çox Dunay çayı sahilində görmək olar. Belə işlərin çoxu gənc rəssamlara məxsusdur, onlar divarlar üzərində sənət yaratmaqla öz fantaziyalarını ifadə edirlər. 

Qraffitiləri Dunayın hər iki tərəfində görmək olar, onlar təkcə divarları deyil, körpüləri də bəzəyirlər. Vizual incəsənətdən başqa, Dunay sahilində heykəltəraşlıq nümunələrini də görmək olar, ancaq onların sayı elə də çox deyil. 
 
Bu gözəl sənət nümunələrini diqqətinizə təqdim edirik. 

Xoş seyrlər: 
 























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM