Suriya ordusu 35 yaraqlını məhv edib

09:23 | 15.08.2016
Suriya ordusu 35 yaraqlını məhv edib

Suriya ordusu 35 yaraqlını məhv edib

Suriya qoşunları ilə qanunsuz silahlı birləşmələr arasında Hələb yaxınlığında, paytaxt Dəməşqdən 360 kilometr məsafədə şiddətli döyüşlər gedir.

"Report"un məlumatına görə, bu barədə "Suriya əl-Ən" portalı xəbər yayıb.

Məlumata görə, "Ceyş əl-Fəth" silahlı qruplaşmasının koalisiyası Hələbin Ramus kvartalında, sement zavodunun yaxınlığında ordunun mövqeyinə hücum ediblər. Hökumət qüvvələri silahlıların hücumunu dəf edib.

Ordu bölmələri ilə yaraqlılar arasındakı döyüş zamanı azı 35 terrorçu öldürülüb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb