Sürücülər belə avtomobilləri idarə etməyin - VİDEO

22:55 | 30.09.2016
Sürücülər belə avtomobilləri idarə etməyin - VİDEO

Sürücülər belə avtomobilləri idarə etməyin - VİDEO

Avtomobilini təmirə aparan, amma təmir tam başa çatmamış həmin maşını idarə etməyə davam edən sürücülər var.
 
ANN.Az xezerxeber.com-a istinadən bildirir ki, yol hərəkəti haqqında qanuna görə belə avtomobilləri idarə etmək olmaz. Ekspertlər isə yarımçıq təmirdən çıxmış avtomobilləri idarə etməyin həm də mədəniyyətsizlik olduğunu deyir.

Baxmayaraq ki, yüngül təmir sayılır, amma işıq cihazı olmadan, buferi yarımçıq, şüşələri yerində olmayan, hətta rənglənmə işi tam bitməmiş avtomobili idarə edən sürücülər var.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov həmçinin belə sürücülərə məsələnin qanuni tərəflərini də xatırladır.

Təmirçilər də bu məsələdə diqqətli olmalıdır. Nasazlığı aradan gütürülməmiş avtomobilləri sürücüyə verməmək tövsiyyə olunur. Belə təmirçilər də var.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb