Sürücülərin DİQQƏTİNƏ! - Sığorta pulu ARTIRILIR?

15:37 | 26.06.2019
Sürücülərin DİQQƏTİNƏ! - Sığorta pulu ARTIRILIR?

Sürücülərin DİQQƏTİNƏ! - Sığorta pulu ARTIRILIR?

Avtomobillərin icbari sığortası ilə bağlı zərərçəkmişlərə ödənilən sığorta pulunun maksimal həddi artırıla bilər.
Bəs bu məbləğin artırılmasına ehtiyac varmı?

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli Redaktor.az-a açıqlamasında bildirib ki, zərərçəkmişlərə ödənilən sığorta pulunun artırılması qəza nəticəsində əlillik dərəcəsi alan şəxslərə və ölüm hallarına şamil oluna bilər:

"Bu təklifin irəli sürülməsinə başlıca səbəb mülkiyyətə vurulan zərərlə əlaqəli ola bilər. Nəqliyyat vasitəsi qəza hadisəsi törədirsə, icbari sığorta ödənişi ilə bağlı müqavilə imzalanan sığorta şirkətinin əməkdaşları hadisə yerinə çağırılır. Nəticədə qəzanı törədən şəxs sığortalanıbsa, avtomobilə dəyən ziyan sığorta şirkəti tərəfindən qarşı tərəfə kompensasiya şəklində ödənilir. Dəymiş ziyanın məbləği hüquqi şəxs tərəfindən hesablanır və ödəniş real bazar qiymətinə əsasən həyata keçirilir. Yol qəzası nəticəsində ölüm hadisəsi baş verərsə, sığorta haqqı 5000 manat məbləğində müəyyən edilir. Qəza nəticəsində xəsarət alan şəxsə l qrup əlillik aldıqda 2000 manat, II qrup əlillik üçün 3000 manat və ən ağır əlillik dərəcəsi halında isə 4000 manat məbləğində birdəfəlik kompensasiya ödənilir. Əlillik yaranmadığı halda xəsarət alan şəxsə isə sığorta şirkəti tərəfindən 1500 manat məbləğində vəsait ödənilir. Zərərçəkmişlərə ödənilən sığorta pulunun artırılması vətəndaşların sosial imkanları müəyyən qədər yaxşılaşdıra bilər. Bu baxımdan təklifin reallaşması yaxşı hal olacaq”.

Sığorta eksperti Nicat Əlibəyli isə bildirib ki, hazırda zərərçəkmişlər üçün nəzərdə tutulan məbləğ heç də az deyil. Lakin bütün hallarda maksimal məbləğin artırılması üçün qanunvericilikdə dəyişiklik edilməlidir:

"İcbari Sığorta Bürosunda zərərçəkmişlər üçün müəyyən olunan maksimal məbləğ 55000 manat məbləğindədir. Bu məbləğdən 5000 manatı bir şəxsin sağlamlığına dəyən zərər üçün nəzərdə tutulub. Bu məbləğ az hesab olunmur. Bu məbləğ fonunda ödənilən sığorta haqqı 50 manatdır. Əslində, icbari sığorta ilə bağlı vətəndaşalrın maarifləndirilməsinə ehtiyac var. Çünki icbari sığortanın şərtlərini bilməyən vətəndaşlar, avtomobilin üstünə daş düşəndə də sığorta şirkətinə üz tuturlar. Halbuki icbari sığorta qarşı tərəfə dəyən zərər üçün nəzərdə tutulub”.

Qeyd edək ki, hazırda İcbari Sığorta Bürosu və Maliyyə Bazarlarına Nəzarət Palatasının informasiya sistemində olan məlumatlar cəmləşdirilir və aktuari heyəti tərəfindən qiymətləndirmələr aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb