Tamilla Qurbanova: “Kukla yaratmaq sehrbazlıqdı”MÜSAHİBƏ

17:23 | 11.01.2016
Tamilla Qurbanova: “Kukla yaratmaq sehrbazlıqdı” – MÜSAHİBƏ

Tamilla Qurbanova: “Kukla yaratmaq sehrbazlıqdı”MÜSAHİBƏ

 
Rüstəm Qasımov

"Əllərinlə yaratdığın kuklalar talismanın ola bilər”

ANN.AZ-ın məşhur azərbaycanlı müəllif kuklaları ustası, Rəssalar İttifaqının üzvü Tamilla Qurbanova ilə müsahibəsi 

- Tamilla xanım, ixtisasınız nədir? 

- Mən Ə. Əzimzadə kollecinin heykəltaraşlıq sinfini və Azərbaycan Dövlət İncəsənət İnstitunun qrafika və dizayn fakültəsini bitirmişəm. O vaxt çoxları məni heykəltaraş kimi görürdülər. Ancaq evlənəndən sonra, mən demək olar 10 il yaradıcılıqla məşğul olmadım. Ancaq keçən əsrin pis 90-cı illəri mənim həyatımı alt-üst etdi. 
 


- Nə baş verdi ki, siz yenidən yaradıcılığa qayıtdınız? 

- Mən ərimdən boşandım və 10 yaşlı uşağımla tək qaldım. Çətin vaxtlar idi, düşünmək və çörəkpulu qazanmaq üçün yollar tapmaq lazım idi. Mən nəsə uydurmağı xoşlamıram, həqiqətdə nə varsa, onu deyirəm. 

- Sizin müəllif kuklalarla məşğuliyyətiniz necə başladı? 

- Bir dəfə mən Ə. Əzimzadə buraxılışındakı tələbələrimlə idim, həmin dövrdə mən orada dərs deyirdim. Həmin vaxt ağlıma da gəlməzdi ki, mən nə vaxtsa kukla ustası olacağam. Həyatımda taleyimi dəyişdirən adamlar olub. Məsələn, onlardan biri mənim rəfiqəm, Uşaq bədii qalereyasının Katana Şərifova oldu. O dedi ki, Novruz bayramı yaxınlaşır və məndən kukla hazırlamaqda kömək istədi.
 
 

- Katana xanım hansı kuklanı düzəltməyinizi istəmişdi? 

- Bu, kosa kuklasıydı, hadisə isə Novruz ərəfəsində baş verirdi. Əvvəlcə mən bu işə baş qoşmaq istəmirdim, çünki alınıb-alınmayacağını bilmirdim. Ancaq Katana israr etdi və dedi ki, məndə alınacaq. Məsuliyyətli və icraçı insan kimi mən Katana xanımın xahişini geri çevirə bilməzdim (gülür). Beləliklə mən cəhd etdim və məndə alındı. Kuklaları xırda ölçülərdə deyil, insan boyunda düzəldirdim. Səmimi etiraf edim ki, nəticə xoşuma gəldi, ən əsası mən işə ciddi yanaşdım, çünki başa düşdüm ki, bu iş xoşuma gəlir. Bu, mənim ilk kuklam idi. Kuklanın paltarını digərləri tiksələr də, onun sifətinə və bədəninə formanı mən verirdim, çünki məndə heykəltaraşlıq bilik və qabiliyyətləri vardı. 

- Bundan sonra siz nəylə məşğul olacağınızı birdəfəlik anladınız? 

- Hətta ilk kuklanın yaradılmasından sonra mən 100% faiz bilmirdim ki, müəllif kuklalarının hazırlanması üzrə usta ola bilərəm, ya yox. Çətin 90-cı illərdə nəyəsə başlamaq çox çətin idi, çünki heç kim sənin işinin alınacağına söz verə bilməzdi. Mən nə qədər çətin və zəhmət tələb edən işə girişdiyimi başa düşürdüm. Axı kukla düzəltmək hədsiz çətin işdir, bu müxtəlif sənət növlərinin qarışığıdır. Burada usta müxtəlif sahələrə dair bilik və bacarıqlara malik olmalıdır. Bu 1992-ci ildə baş verirdi, həmin vaxt Bakıya xarici axını var idi. Onda mən düşündüm ki, niyə də bu işə girişməyim, axı o, heykəltaraşlığa yaxındır və bu məndə çox vaxt alınıb. Beləliklə, ortaya "Tamahkar sultan” kuklası ortaya çıxdı. Kukla çox əla alınmışdı. 
 


- Və bundan sonra şöhrətin qapıları sizin üzünüzə açıldı? 

- Təsəvvürünüzə gətirin, neçə illər keçməsinə baxmayaraq, hələ də mənə kukla sifariş verirlər. Mənim yaradıcılığım tekstil kuklalarından başladı. Kuklaları aılmağı dayandırmışdılar, mənə isə sifarişlər gəlməkdə davam edirdi, bu məni çox həvəsləndirirdi. Bu kuklaları su qiymətinə satsam da, bundan mənəvi və material baxımından zövq alırdım. Mənim kuklalarımın ilk alıcıları xaricilər idi. Sonda mən o qədər sultan kuklası düzəltmişdim ki, sayını itirmişdim. 

- Ümumiyyətlə, kuklaların hazırlanması hardan başlayır? Yeni ideyalar, obrazlar, süjetlər necə yaranır? 

- Hər şey rəssamın öz daxili aləmindən başlayır, yeni ideya doğulur. Kuklanın yaradılması isə çox uzun çəkə bilər. Təsəvvürünüzə gətirin, Bakıda keçirilən III kukla biennalesində təqdim etdiyim "Əksolunma” – bu bir qızın həyatından bir an, bala getməyə hazırlaşan və cazibadar görünməyə çalışan qızın güzgünün qarşısından keçərkən yaranan anlıq əks olunması idi – kuklasının üzərində bir il işləmişəm. Ayna məni hər zaman vacib aksessuar kimi özünə cəlb edib, o qadını bir ömür boyu müşayiət edir və hətta mistik rol oynayır. Məhz zərif çərçivəylə əhatələnmiş ayna mənim kompozisiyamın mərkəzi süjeti idi. 

- Tamilla xanım, müəllif kuklasının yaradılmasının əsas etaplarını bizimlə bölüşərdiniz 

- Birinci mərhələ, ideya və obrazın doğulmasıdır. İkinci mərhələ ideyanı necə reallaşdırmaqdır. Bu mərhələdə kuklanı düzəltməyin texniki yolları axtarılır, texniki hissə vacibdir, çünki çərçivə düzgün olmasa, sonrakı mərhələdə o, sıradan çıxa bilər. Növbətə mərhələ çərçivəyə hissələri yapışdırmaqdan ibarətdir. Bu skeletə ət parçalarını yapışdırmağa bənzəyir. Sonra dəri əlavə olunur. Bundan sonra kuklaya paltar geyindirmək olar. Yeri gəlmişkən qeyd edim ki, kuklaların yaradılması prosesi əvvəlcən proqnoz verilə bilməməsiylə seçilir. Axı ideya və onun həyata keçirilməsi həmişə mürəkkəb olub, burada çətinliklərdən qaçmaq mümkün deyil, burada improvizasiya və eksperimentlər lazım olur.  Sonuncu mərhələ paltarların hazırlanmasıdır, onları mən düzəldirəm və əvvəldən axıra kimi öz əllərimlə hazırlayıram. Yeganə istisna portret kuklalarıdır, onlar xüsusi çətinliyi ilə fərqlənirlər. Qeyd edim ki, mənim hazırladığım kuklalar düzgün qorunsa, 40 il və daha çox qala bilər. 
 


- Mən eşitmişəm siz kuklaların gözlərini almırsız, özünüz düzəldir, bu doğrudurmu? 

- Bəli. Mən mağazalarda satılan hazır gözləri sevmirəm, onlar cansız, donuq görünürlər. Məncə mənim düzəltdiklərim daha canlıdır, nəinki emal edilənlər. 

İstənilən sənət əsərini, o cümlədən kuklanı sıfırdan yaratmaq – necəsə bir sehrbazlıq, möcüzədir. Bunu sözlərlə izah etmək çətindir. Əsas odur ki, əllə hazırlanan kukla canlı varlıqdır, o özündə müəllifin qəlbini ehtiva edir, onların öz aurası, xarakteri, hətta taleyi var. 


- Tamilla xanım, obraz özü hansı materialdan olacağını deyə bilərmi? 

- İşə başlayanda mən hər zaman bilirəm ki, kuklanı hansı materialdan hazırlayacam. Məsələn, "İlbizin tapmacası” adlı işimdə mən qarışıq texnikadan istifadə etmişəm. Bir sözlə, mən eksperimnt etmişəm. 

- Bir müəllif kuklasının hazırlanmasına təqribən nə qədər vaxt gedir? 

- Minimum bir-iki ay, bəzən yarım il, hər şey obrazın mürəkkəbliyindən və texniki həllindən asılıdır. Bu prosesi əvvəlcədən təyin etmək çətindir, proses həm çox qısa, həm də çox uzun çəkə bilər, həm də birdən dayana bilər. Hər iş – ekskuliziv obrazdır, onun vasitəsiylə rəssam öz tamaşaçısıyla əlaqə qurur, o dünyaya çağırışdır və hansısa idrak informasiyasıdır...
 


- Kuklaları hazırlarkən siz hansısa texnikaya üstünlük verirsiniz? 

- Mən cəsarətlə özümü müxtəlif planlı rəssam adlandıra bilərəm, çünki iki texnika üzrə işləyirəm: birincisi tekstil kuklasıdır – bu zaman kuklalar trikotaj ipəyilə tikilir. Bütün dünya bu texnologiya skulptur tekstili adlanır. Tekstil kuklaları çox canlı və energetik görünürlər. İkinci texnologiya – plastika yapmasıdır. Mən istənilən özünümüdafiə plastikasından istifadə edirəm, xüsusilə də "Darvi Rok”dan və "Fimo”dan. Tez-tez qarışıq texnikalardan istifadə edirəm, eksperiment etməyi sevirəm, ancaq sonda nə alınacağını heç vaxt deyə bilməzsən! Bu proses insanı elə cənginə alır ki, vaxtın necə keçdiyini başa düşmürsən. Son vaxtlar öz kompozisiyalarımı bəzək detallarıyla, Svarovski daşlarıyla, süni almazla, filiqranlar və s.-dən istifadə edirəm. 

- Bəs tematika, onu necə seçirsiniz? 

- Uzun illər mən şərq mövzularına müraciət etmişəm, "Nazlı gəlin”, "Məclis”, "O olmasın, bu olsun”, "Xəbərçilər” kuklaları buna misaldır. Ancaq rəssamın yaradıcılığı dinamik olmalıdır, daimi inkişaf labüddür, yeni formalar axtarışında olmalısan, transformasiya getməlidir... Son illərdə mənim yaradıcılığımda müxtəlif dövr və epoxalara aid qadın obrazları üstünlük təşkil etməyə başlayıb. "Narın dadı”, "Simurq quşu”, "Oyanış”, "Buludlarda arzular”, "Bütün dünya - teatr”, "əks olunma” kimi işləri misal göstərə bilərəm. Mən qadını vəsf edirəm, onun zərifliyini, bədəninin plastikasını, nazlıq və dramatik, arzu edən və  xumarlı obrazlar yaradıram... Onlar hər zaman müxtəlifdirlər... 
 


- Bu gün siz hansı müəllif kuklaları üzərində işləyirsiniz? 

- Klassik kolleksiya kuklaları və "Feşn-doll” adlanan kuklalar və nəhayət portret kuklaları üzərində. 

- Bizə mürəkkəb növ sayılan portret janrı haqda danışa bilərsinizmi? 

- Portret janrı kukla sənətində doğrudan da ən mürəkkəb janrlardan sayılır. Kukla yaradılarkən obrazınız olacaq insanın özəlliklərini öyrənmək mütləqdir. Bunun üçün mən başın müxtəlif rakurslardan çəkilmiş şəkillərini gözdən keçirirəm, insanın xarakteri və onun həyatı barədə daha çox öyrənməyə çalışıram, bunun sayəsində obraza və orijinala daha yaxın ola bilirəm. Mən nəsə özünəməxsus bir şey yaratmaq istəyirəm ki, kukla quru fotoqrafiyaya və heykələ oxşamasın. Portet kuklasını yaradarkən mən təkcə orijinala xarici bənzərliyi deyil, həmçinin obrazın daxili aləmi əks etdirməyə çalışıram. Məsələn, əfsanəvi italyan aktrisası Sofi Lorenin obrazını yaratdığım kukla. Mən onun heyratamiz gözəlliyini əks etdirməyə çalışmışam, o dəbdəbəli kresloda qırmızı paltarda oturub. Sofi Lorenin oturduğu kreslo özü bir sənət əsəridir, o mənim eskizim əsasında zərgərdən sifariş edilib...

Digər nümunə. Azərbaycanın Birinci Xanımı Mehraiban Əliyevanın obrazını əks etdirən kuklada mən onu siyasətçi kimi deyil, sadə azərbaycanlı qadın kimi, zərif, gözəl, xeyirxah və  Azərbaycan mədəniyyətini dünyada təbliğ edən səfir kimi göstərməyə çalışmışam. 

Bundan əlavə, mənim dramatik obrazlarım da var. Mən düşünməyi, fəlsəfə etməyi, sevirəm. Məsələn, "Köhnə kloun” kuklamda mən özüylə tək qalanda daimi nümayişlərdən bezən insanın obrazını yaratmağa çalışmışam. Axı biz həmişə klounu hər zaman şən, həyatsevər görürük və heç də onun bəzən kədərli anlarının olduğu barədə düşünmürük. Mən istəyirdim ki, maskasız bir qocanı göstərim, o kədərli, yorğundur və narahatlıqları var. Bu, mənim ən sevdiyim işlərimdəndir. Dramatik işlərimdən birinə nümunə kimi "Taleyin o biri üzü”dür. Onda mən bir vaxtlar məşhur olan qadının indiki unudulmağını, tənhalığını göstərmişəm. Hər şey keçir...
 


- Çoxillik təcrübənizi nəzərə alsaq, kuklalarınızın sizin gözləntinizi və yaxud ilkin niyyətinizi doğrultmağı olubmu? 

- Əlbəttə, bəzən ilkin niyyətlərin ortaya çıxmaya bilir. Mən hədsiz maksimalistəm, mənim ən ciddi hakimim elə özüməm. Əgər görsəm ki, iş xoşuma gəlmir, onun ideal olması üçün dəfələrlə söküb yığa bilərəm. Mən özünə tənqidi yanaşan adamam, iş tamam olanda həmişə özümə deyirəm ki, daha yaxşı etmək olardı. Hər zaman öyrənirəm, hər yerni kompozisiyada yeni şey əldə edirəm, axı mənim 23 illik təcrübəm var, bu az deyil. Rəssamda xarakter yaradan onun daimi axtarışlarıdır... 

- Tamilla xanım, siz Bakı beynəlxalq kukla biennalının daimi iştirakçısınız. Bu tədbir sizdə hansı təəssüratlar yaradır və Azərbaycan Kukla incəsənətinin inkişafında hansı rolu oynayır? 

- İl keçdikcə, Azərbaycanda kukla incəsənəti inkişaf edir. Belə böyük mərasimin təşkilatçılarına böyük təşəkkür düşür, ilk növbədə isə Mədəniyyət və Turizm Nazirliyinə, Liana Xanım Vəziroya. Onların ölkəmizdə incəsənətin bu elitar sahəsinə olan dəstəkləri çox təqdirəlayiqdir. Biennalın sayəsində Azərbaycana bütün dünyadan məşhur kukla sənətkarları gəlir. Bu sahədə ciddi addımlardan biri "Kukla” qalereyasının açılmasıdır. 

- Sizcə, nəyə görə müəllif kuklalarını əsasən dünya elitası alır? 

- Çox güman bu müəllif kuklalarının təsirinə görədir – onlar elit, qeyri-adi, prestijli, bahalıdır, bu alıcının statusunu qabardır. Axı müəllif kuklaları bahalı zövqdür, ona görə də onlardan əsasən VIP- şəxslər, krallar prezidentlər, siyasətçilər zövq alır. 

- İşinizi kimin alması və onun hansı evdə vaxt keçirməsi sizin üçün vacibdirmi? 

- Şübhəsiz! Məni işlərimin sonrakı taleyi hər zaman maraqlandırır, axı hər bir kukla mənim övladımdır, mən onlar qarşısında özümü ana kimi hiss edirəm. Kuklaların hər zaman etibarlı, sevən və qayğıkeş əllərdə olmasını istəyirəm. 

- Kuklanın qiyməti nədən asılıdır. 

- Yalançı saxtakarlıqdan uzaq olub demək istəyirəm ki, bu daha çox ustanın kimliyindən asılıdır. Əgər siz tanınmış ustaya kukla sifariş versəniz, onda qiymətin baha olacağına hazırlaşmalısız. Bu hər zaman belə olub, belə də olacaq. İkinci səbəb – gələcək kuklanın hansı materialdan hazırlanacağıdır. Yeri gəlmişkən, mürəkkəblik məsələsi ölçülərdən asılı olur. 

- Tamilla xanım, maraqlı söhbətə görə təşəkkür ediril. Sizə işlərinizdə və fəalyyətinizdə uğurlar. 

- Təşəkkür!
 














www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM