Tanınmış sənətçi 41 yaşında vəfat etdi - Fotolar

16:51 | 07.06.2019
Türkiyədə musiqi fəaliyyəti ilə tanınan sənətçi Murad Omurtağ ürəktutmasından həyatını itirib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, sosial mediadakı videoları ilə məşhurlaşan 41 yaşlı sənətçi, həmçinin səs rejissoru kimi tanınırdı. O, sosial mediada məşhurlaşandan sonra albom çıxarmış, maraqla qarşılanan mahnılar ifadə etmişdi.

O, Hüsnü Şənləndirici başda olmaqla bir sıra məhşur sənətçilərlə səhnəni paylaşıb. Musiqiçinin dəfn mərasiminə Türkiyənin tanınmış sənətçiləri qatılıb.



www.anews.az
loading...