Tanqo festivalı "Zina" adlandırılaraq boykot edildi

19:02 | 27.10.2014
Tanqo festivalı "Zina" adlandırılaraq boykot edildi

Tanqo festivalı "Zina" adlandırılaraq boykot edildi

Türkiyənin Adana şəhərində bir qrup şəxs hər il təşkil olunan "Beynəlxalq Tanqo Festivalı"na qarşı çıxıb, onlar festivalı "Zina edirlər" deyərək, boykot ediblər.
ANN.Az türk mediasına istinadən xəbər verir ki, festivala qarşı çıxan Uslu Adana Platforması adlı təşkilatdır. 
Sosial şəbəkədə təşkilatlanan və üzvlərinin kimliyi məlum olmayan qurum üzvləri tədbirin təşkilatçılarına xəbərdalıq ediblər. Gizli təşkilat festivalın xalqa açıq elan edilməsinin qarşısının alınmasını tələb edib.
Festivala dəstək verən Adana Böyükşəhər Bələdiyyəsinə və digər dstək verən qurumlara "dəstəyinizə geri çəkin" çağırışı edilib.
Bütün bunlara baxmayaraq isə rəqa festivalı baş tutub. Oktyabrın 23-də başlayan və bu gün sona çatacaq Beynəlxalq Tanqo Festivalına qarşı çıxan "Uslu Adana Platforması"nın sonuncu bəyanatı isə belədir: "Allahdan (c.c) qorxun! Açıq günaha, zinaya icazə verməyin! Musiqi yoldaşlığında qadın - kişi arasında fiziki yaxınlaşma - yapışma təmin edilərək səhnədə zinanın sərgilənəcəyi bir festivalın nə dinimizdə, nə də milli mədəniyyətimizdə yeri yoxdur, ola da bilməz". 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM