"TAP Yunanıstan üçün xüsusi əhəmiyyətə malikdir"

19:37 | 17.05.2016

"TAP Yunanıstan üçün xüsusi əhəmiyyətə malikdir"

Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi Yunanıstan üçün iqtisadi və geosiyasi baxımdan xüsusi əhəmiyyətə malikdir.
 
"Report" xəbər verir ki, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras Saloniki şəhərində (Yunanıstan) TAP kəmərinin təməlqoyma mərasimində çıxışında qeyd edib.

Hökumət başçısı bildirib ki, ilkin mərhələdə 10 mlrd. kubmetr həcmində Azərbaycan qazını Avropaya çatdıracaq TAP kəməri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Baş nazir bu kəmərin və Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) Yunanıstanı regionun enerji mərkəzinə çevirəcəyini qeyd edib.

A.Tsipras əlavə edib ki, TAP layihəsinin çox vacib hissəsi görüləcək işlərdə Yunanıstan şirkətlərinin də iştirak etməsidir. Layihənin icrası çərçivəsində 8 000 iş yerinin yaradılacağını gözlənilir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM