Tbilisidə yeni turizm mərkəzi yaradılır

20:00 | 28.07.2016
Tbilisidə yeni turizm mərkəzi yaradılır

Tbilisidə yeni turizm mərkəzi yaradılır

Şəhər meriyası Gürcüstan paytaxtının mərkəzində irimiqyaslı Yeni Tiflis layihəsi həyata keçirir

Tbilisi meriyası Gürcüstan paytaxtının mərkəzində irimiqyaslı "Yeni Tiflis" layihəsi həyata keçirir.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, layihə Davud Aqmaşenebeli prospektində yeni istirahət zonalarının yaradılmasını nəzərdə tutur. Prospektin bir hissəsi tamamilə piyada zonası olacaq və buradan yeni turizm marşrutları keçəcək.

D.Aqmaşenebeli prospektinin yerləşdiyi əraziyə 1817-ci ildə alman kolonistləri yerləşdirilib və onlar ərazinin abadlaşdırılmasına böyük qatqı göstərib. Elə buna görə də "Yeni Tbilisi" layihəsinin müəllifləri bu ərazidə qismən də olsa, "Alman bağları"nı bərpa edəcək. Xatırladaq ki, XIX əsrdə bu ərazidə "Alman bağları"nın ümumi sahəsi 100 hektara bərabər olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb