Təbriz Abdullayev: "Bizdəki bütün istedadları Tanrı haqq etdiyimizə görə verib" - MÜSAHİBƏ

16:11 | 11.08.2016
Təbriz Abdullayev:

Təbriz Abdullayev: "Bizdəki bütün istedadları Tanrı haqq etdiyimizə görə verib" - MÜSAHİBƏ

Möhtəşəm azərbaycanlı rəssam Təbriz Abdullayev Allaha sevgisini açıqca bəyan edir və gözəllik qarşısında səcdə edir. O tək-tük sənət adamlarındandır ki, təkcə yaradıcılığı deyil, şəxsiyyəti də maraqlıdır. 

- Demək olar ki, hər bir insanda hansısa istedad var, ancaq hər kəs bunu ifadə etməyi bacarmır. Yaradıcı insanları fərqləndirən cəhət nədir? 

- Rəssam obrazlarla düşünür, məsələ budur. O özünün yaradıcı "mən”ini onu əhatə edən məfhumlara – təbiət, insanlar, baş verən hadisələrə hopdurur və öz əsərlərində təkcə xarici görünüşləri deyil, mahiyyəti də əks etdirməyə çalışır. Sadə insanlarda da sizin dediyiniz kimi istedad var, ancaq onlar öz təəssüratlarını ifadə edə bilmirlər. 

- Rəssamın istedadı Allah vergisidir, yoxsa onu şəxsi əməyi? 

- Bizdəki bütün istedadları Tanrı haqq etdiyimizə görə verib. 

- Dediniz ki, Tanrı bizə etdiklərimizə görə mükafatlandırır. Ancaq istedad bir qayda olaraq uşaqlıqda özünü göstərir. Uşaq o yaşda nə edə bilər? 

- Bu, yaxşı sualdır... İş burasındadır ki, biz bir yox, bir neçə həyat yaşayırıq, bizim keçmiş həyatlarımız olub. 

- Bağışlayın sizin inancınız nədir? 

- Mən Vedanı oxuyuram. 

- İndi sizin fikirləriniz aydın oldu, çünki reinkarnasiya fikri monoetnik dinlərdə öz əksini tapmır. 

 - İndilərdə İslamın, iudaizmin və xristianlığın bir çox nümayəndələri bizim bir yox, bir neçə həyat yaşadığımızı deyirlər. Ruh əbədi yaşayır, ancaq o hər dəfə başqa bir formaya düşür. Allahın iradəsində olan insan keçmişdə harada olduğunu dərk edə bilməz, ancaq Vedanın da daxil olduğu müqəddəs kitablarda Tanrı deyir ki, fərdi ruhlar da onun kimi əbədidir, çünki onlar onun bir hissəsidirlər. Bizim biliklərimiz, adətlərimiz və istedadlarımız bizim keçmiş həyatımızın qalıqlarıdır. Məsələn, mən hər zaman hiss etmişəm ki, məndə rəssamlıq istedadı var. Uzun illər Pionerlər evinə getmişəm, rəsm çəkmişəm və başa düşmüşəm ki, rəsm mənim taleyimdir. Demək, keçmiş həyatımda da mən bu işlə məşğul olmuşam! Ola bilsin, mən heykəltaraş və ya bir başqası olmuşam, ancaq yaradıcı insan olduğum birmənalıdır!

- Reinkarnasiyanın mənası nədir, əgər insan keçmişini xatırlamırsa, nəticə etibarilə öz səhvlərini də düzəldə bilməz?!

- Bizim doğulduğumuz, yaşadığımız və öldüyümüz maddi dünyanın qanunları bizdən asılı deyil, ancaq ruhumuz, Vedanın dediyi kimi həqiqət və əbədiyyət dünyasında olur və maddi dünya mənəvi, ilahi dünyanın, daha doğrusu əsl dünyanın inikasıdır. Reinkarnasiyanın məqsədi bizim səhvlərimizi düzəltməkdir ki, ruhumuz maddi dünyada ard-arda yenidən doğulmaqla ən sonda Tanrı barədə düşünsün. Bir neçə həyat yaşayan ruh maddi dünyadan yorulur və ən sonda hardan gəldiyi, burada nə etdiyi və öləndən sonra nə olacağını düşünməyə başlayır. 

Bizə elə gəlir ki, maddi dünya möhtəşəmdir, uşağın doğulmasını görmüsünüzmü? Bu çox ağrılı və qorxuncdur Bəs qocalıq, xəstəliklər, əzablar? Kimsə bunların başına gəlməsini istəyərmi? Əksinə, biz xobəxtlik, həzz axtarırıq, ancaq maddi dünyada həzzin illuziyası sonda əzablarla nəticələnir. 

- Bu iki dünyadan hansını siz öz kətanlarınızda əks etdirirsiniz? 

- Mən hər iki dünyada da mövcud olan ətrafımızdakı gözəlliyi çatdırmağa çalışıram. Mənəvi həyatın dərinliklərinə baş vurduqca, maddi dünyanın olmadığını dərk edirsən! Hər şeyi maddiləşdirən bizlərik, çünki hər şeyə istahlakçı gözüylə baxırıq, hərçənd insan maddi dünyanı mənəviləşdirməyi və onda gözəllik tapmağı öyrənməlidir. Zahiri görkəmləri təsvir etməyi hər kəs bacarar, ancaq incəsənət bizi ətrafımızdakı dünyanı obrazlarla ifadə etməyə çağırır və bu hər rəssamın bacaracağı iş deyil. 

- Siz maddi dünyaya necə yanaşırsınız? 

- Tanrı bizə bədəni həzlər üçün deyil, mənəviyyatın məğzini dərk etməkdən ötrü bəxş edib. Yalnız hissi həzlər üçün yaşayan insanın heyvandan fərqi yoxdur. Bizə bədəndən başqa, ruh da verilib, bunun sayəsində biz həyatımızı günahlardan təmizləyə bilərik. 

- Şüurumuzu nələrdən təmizləməliyik ki? Çoxları belə deyir: "Bəli, mən ləzzətli yeməkləri və içməyi sevirəm. Bəli, mən rüşvət alıram və aldadıram, ancaq heç kim bundan ölmür. Bəzən mən yoxsullara yardım edir, bəxşişlər verirəm. Mən niyə şüurumu təmizləməliyəm axı?” 

-  Belə danışan insanların mənəvi biliklərdən xəbəri yoxdur. Biz tamamilə pozğun ehtirazlar və günahlar dünyasında yaşayırıq və buna qarşı dayanmaq çox çətindir. Günahların da qalaqlanmaq kimi özünəməxsusluğu var və günlərin bir günü insan əzab çəkməyə başlayır. Çoxları bu əzabların nədən qaynaqlandığıyla belə maraqlanmır, buna görə də özündən başqa kimi gəldi ittiham etməyə başlayır. Amma elələri də var ki, əzabların sayəsində həyatın mənası varədə düşünməyə başlayır və üzünü Tanrıya tutur. 

- Həyatın mənası barədə nə zaman düşündüz bəs? 

- Kiyev Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra mən əksər gənclər kimi həzz axtarışındaydım, ancaq bir dəfə başıma qorxunc bir hadisə gəldi... Müqəddəs kitablar paylamaqla məşğul olan o insanla qarşılaşmasaydım, həyatımın geri qalanı heç bilmirəm nə cür olardı. Mən onları oxumağa başladım və dərk etdim ki, mən istədiyim həyatı yaşamıram, dəyişməliyəm!

- Müasir incəsənətdə tamam başqa dəyərlər təbliğ olunur – çirkinlik, eybəcərlik, seksual pozğunluq və bu yaxşı satılır! Belə mürəkkəb dünyada özünüzə necə yer tapırsınız? 

- Biz bir-birimizdən idrakımıza görə fərqlənirik, kimsə belə şeyləri alırsa, deməli onun mahiyyəti budur.  Niyə belə olduğunu düşünmək də əbəsdir, çünki insanlar nəyin yaxşı, nəyin pis olduğunu sadəcə olaraq bilmirlər. 

- Əslində, bunu çox yaxşı bilirlər, ona görə ki, ilahinin kəlamı bütün dillərə tərcümə edilib və hər kəs üçün əlçatımlıdır! 

- Amma biz qlobal dəyişikliklə dünyasında yaşayırıq! İndi vacib olan günahkar təbiətindən uzaq durmaqdır. Bizim dünyamız belədir...

Müqəddəs Vedalarda ət yeməyin günah olduğu deyilir, xüsusilə sakit, zərərsiz büün insanların anası sayılan, ona süd verən inəklərin ətini. Buna görə də Krişna hər zaman inəklə birgə təsvir edilir. Ancaq insanlar onun təkcə südündən istifadə etmirlər! İnəyin bizə verdiyi hər şey insan üçün faydalıdır. 

 - Demək, siz vegeteriansınız? 

- Bəli! Əgər Tanrı bizə bunu deyirsə, onu nəyə görə eşitməməliyik? Tanrının kəlamına əməl etmək çox çətindir, ancaq biz məhz çətinliklərə sinə gərəndə xoşbəxt oluruq, özümüzün mahiyyətini dərk edirik. 

 İstənilən din, müqəddəs kitab biz Allaha yaxın olmağı, qadağan olunana yaxın durmamağı buyurur. Ancaq belə biz şüurumuzu və ruhumuzu təmizləyə bilərik. Və biz seçimimizdə də azadıq, özümüzə yaxın olan və qiymətli olanı seçirik. 

- İnsanlıq stereotiplərə heyrandır! Söhbət rəssamlardan gedirsə, onun sadəcə əhval dəyişiklikləri sayəsində yarada biləcəyi zənn edilir. Dağıdıcı dopinqlərə münasibətiniz necədir? 

- Mən bu yola aramsız düşünməklə və nəhəng daxili əmək sayəsində gəlib çıxmışam... Rəssam buna görə yaradıcı adlandırılır, onun idrakı Tanrıya yaxın olduğuna görə. Amma əgər sən içir, çəkir, narkotiklərdən istifadə edirsənsə, sənin zehnin zamanla deformasiyaya uğrayır və bu da yaradıcılığında öz əksini tapır. 

- Rəssamlardan kim sizə ruhən daha yaxındır? 

- Mənim sevimli rəssamlarım çoxdur, ancaq ruh baxımından qədim Azərbaycan miniatür rəssamları mənə daha doğmadır, onlarda səmimiyyət və saflıq görürəm. Təbriz məktəbinin o vaxtkı nümayəndələri çox inanclı, saf adamlar olublar, çəkdiklərini duayla çəkiblər! 

Tanrı hər kəsin qapısını döyür, onun çağırışını eşitsən, hay verməlisən, onda həqiqi saf sənət yaradarsan. Di gəl, rəssam buna can yandırmırsa, o yaradıcılığında yalançı olacaq. 

- Onun buyuruqlarınında daima çıxırıqsa, nəyə görə Tanrı bizi sevir? 

- Bu sualı ananıza verin! O öz övladını niyə sevir? Biz Tanrının bir hissəsiyik, onun övladlarıyıq, o hətta ən nanəcib övladlarını da sevir. Allah sevginin özüdür, bunun özü hər şeyi deyir! Ümumiyyətlə, sevgi dünya nizamının əsasıdır. 

İlahi sevgini anlatmaq mümkünsüzdür, bizim onu əxz etmək şansımız var. Tanrı bizim hamımıza bu duyğunu verib, bircə şərtlə - mənəvi həyata qədəm qoysan, özünü maddi dünyadan məhdudlaşdırmalısan, yalnız bu halda azad ola bilərsən. Axı azadlıq zahirdə deyil, daxildədir, əgər azadlığı daxilinizdə tapsanız, xaricinizdə də taparsınız. Bu gün bizim dünyamız dəmir dünyasıdır, yalnız bu amal üçün çalışılır. 

- Dəmir niyə, yüksək texnologiya? 

- Yox! Dünyada ən dəyərli şey nədir? Bürünc, qızıl, gümüş və dəmir. İlk üç mərhələ geridə qaldı, indi dəmir dövrüdür, yəni deqradasiya, karroziya, riyakarlıq dünyasıdır. Ancaq dəmir əsri qısa olacaq, ona görə də Tanrı axtaranlar üçün, ardıcılları üçün cığır açıb. Bu, bütün dinlərdə var! Əgər biz hər gün Tanrının buyuruqlarına əml etsək, ruhən təmizlənəcəyik və sevgiylə dolacağıq. Mən uzun illərdir mənəvi təcrübələrlə məşğulam və yaxşıya dorğu dəyişiklik hiss edirəm. 

- Ölümə münasibətiniz necədir?

- Dəyişilməklə, biz ölümdən qorxmağı tərgidirik, qorxu yoxa çıxır, ona görə ki, kim ki Tanrıya saflıqla inanır, təkcə vücudun öldüyünü bilir, ruh isə yaşayır...  

Materialı Bəhram Bağırzadə təqdim edib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM