TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu

18:35 | 18.04.2016
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu

TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu


Bir müddət əvvəl populyar televiziya kanalı "i24news.tv"nin rəsmi saytında Dağlıq Qarabağ münqişəsindən bəhs edən məqalə yayımlanıb. Məqalədə Vladimir Putinin Dağlıq Qarabağ regionunda qızışan eskalasiyada hansı rol oynadığından bəhs edilir. Məqalənin müəllifi Avionam İdandır. Məqaləni diqqətinizə təqdim edirik: 

Rusiya prezidenti Qərblə əlaqələri yaxşılaşdırmaq istəyən Azərbaycan prezidentinə xəbərdarlıq edir

Keçən həftə Dağlıq Qarabağ bölgəsində Azərbaycanla Ermənistan arasında toqquşmalar başladı, bu, 1994-cü ildə hər iki tərəfin imzaladığı atəşkəs sazişindən bəri ən ciddi insident idi. 

Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtona uğurlu səfər etmişdi. Öz növbəsində Azərbaycan prezidenti nüvə təhlükəsizliyi ilə bağlı dünya liderlərinin toplaşdığı sammitdə ABŞ rəsmiləri ilə də uğurlu görüşlər keçirmişdi. Əliyev Vaşinqtonda isti qarşılanmış və onun ABŞ-la əlaqələri gücləndirmək cəhdləri xoşməramla qarşılanmışdı. 

Ancaq bayraqlar qatlanıb yerinə qoyulmamış, Əliyevin Vaşinqtondan ziyarətini tamamlayıb Bakıya yola düşmək ərəfəsində Dağlıq Qarabağ regionunda döyüşlər qızışdı, Azərbaycan və Ermənistandan çox sayda əsgər həlak oldu. 

Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda münaqişə hələ sovetlər dövründə, iki ölkənin SSRİ-nin tərkibində olduğu vaxtdan başlamışdı, ölkələr müstəqil olduqdan sonra bu münaqişə daha da qızışdı. 

Rusiyanın müdaxiləsiylə 1994-cü ildə iki ölkə arasında atəşkəs sazişi imzalandı. Rusiyanın dəstəklədiyi Ermənistan müharibədə Dağlıq Qarabağı, o cümlədən ilk mərhələdə mübahisə mövzusu olmayan Azərbaycan ərazilərinin 20%-nə nəzarəti ələ keçirdi. Dağlıq Qarabağ müharibəsi nəticəsində 850 min azərbaycanlı məcburi köçkün düşdü – bu faktdan dünya ictimaiyyəti az xəbərdardır, çünki bu qədər insan Azərbaycanın daxilində əridi, zorakılıq və terror şəbəkəsinin əlinə keçmədi. 

Ermənistanın Rusiyadan asılılığı

ATƏT Rusiya, ABŞ və Fransanın təmsil olunduğu Mİnsk Qrupu vasitəsilə danışıqlar prosesini təşviq eləməyə çalışır. Dağlıq Qarabağ müharibəsindən bəri Ermənistan Rusiyanın marionetkası vəziyyətinə düşüb. Ermənistan coğrafi baxımından dağlıq ölkədir, onun çətin iqtisadi vəziyyəti və müharibədən sonra tutduğu ərazilər ölkənin Rusiyadan geniş ölçüdə asılılığına gətirib çıxarıb. Rusiyanın Ermənistanda daimi hərbi bazası var, Rusiya həmçinin bu ölkənin hava müdafiəsi sistemini idarə edir. Rusiyanın Türkiyəylə münasibətləri gərginləşəndən sonra, son həftələrdə Ermənistandakı qüvvələrini hücum helikopterləri əlavə etməklə daha da gücləndirib. 

Dağlıq Qarabağ bölgəsindəki son hadisələr növbəti dəfə göstərdi ki, Rusiya bu bölgədəki münaqişədən öz məqsədləri üçün istifadə edir. Azərbaycan prezidentinin ABŞ-a səyahəti Bakı və Vaşinqton arasında əlaqələrin yaxşılaşması baxımından əlamətdar idi. Prezident Əliyev uzun müddət idi ki, ABŞ-la əlaqələri yaxşılaşdırmaq üçün cəhdlər edirdi və sonuncu ziyarət bu baxımdan güclü gediş idi.
Vaşinqtondan qayıdan Prezident Əliyevin təyyarəsi Bakıya çatmamış Dağlıq Qarabağda alovların yüksəlməsi, Rusiya prezidenti Vladimir Putinin Əliyevə bir növ xəbərdarlığı idi ki, onu ölkəsinin Qərblə çox yaxınlaşmadan çəkindirsin. Bu, Putinin son illərdə Gürcüstan, Moldova, Ukrayna liderlərinin Qərblə yaxınlaşmasının qarşısının almaq üçün atdığı addımların eynisi idi. Bu proseslərin bəziləri Rusiyanın müdaxiləsi və zorakılıqdan istifadəsiylə reallaşıb, birbaşaşa və ya dolayı yolla. 

ABŞ-dakı konfransda iştirak etməkdən imtina edən prezident Putin Dağlıq Qarabağda müharibəni qızışdırmaqla Qərbə mesaj ötürməyə çalışır. O, ABŞ-a və Avropa aydınlaşdırmaq və xatırlatmaq istəyir ki, Ermənistan və Azərbaycan arasındakı ərazi münaqişəsinin həlli, ərazilərin qaytarılması, o cümlədən Qafqaz regionuna nəzarət açarı Moskvanın əlindədir. 

İsrailin də Qafqaz regionunda maraqları var və birazdan ondan da regiondakı yenilənmiş gərginliklərin yoluna qoyulmasında töhvə verməsi istəniləcək. Azərbaycan İsrailin strateji müttəfiqidir və iki ölkə arasında iqtisadi və təhlükəsizlik əlaqələri var. İsraillə Azərbaycanın xüsusi əlaqələri Rusiyanın müdaxiləsiylə Azərbaycan və Ermənistan arasında körüklənən münaqişədə çox güman ciddi sınaqdan keçəcək. 

Dr. Avionam İdan Vaşinqtonda yerləşən Con Hopkins Universitetində Rusiya və Qafqaz məsələləri üzrə tədqiqatçıdır və o, Hayfa Universitetində dərs deyir. O, Sovet İttifaqının çöküşündən sonra, Moskvada İsrail səfirliyində çalışıb. 
 
Mənbə: http://www.i24news.tv/en/news/international/109219-160410-analysis-putin-provided-the-match-for-the-fire-in-nagorno-karabakh



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb