Təhsil Nazirliyindən xəbər

15:31 | 18.11.2013
Təhsil Nazirliyindən xəbər

Təhsil Nazirliyindən xəbər

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsində müəllim hazırlığı aparılan ixtisaslar üzrə yeni nəsil təhsil proqramları hazırlanıb.

Bu barədə ANN.Az-a Təhsil Nazirliyindən  məlumat verilib.

Yeni nəsil təhsil proqramlarının ekspertizası keçirilib və təsdiq edildikdən sonra növbəti tədris ilindən onların tətbiqinə başlanılması nəzərdə tutulur.

 

Bu proqramların əvvəlki təhsil proqramlarından əsas fərqli cəhəti odur ki, onlar hazırlanacaq mütəxəssislərin bilik, bacarıq və kompetensiyalarına əsaslanır. Proqrama daxil olan fənlərin məzmunu tələbələrin həmin bilik, bacarıq kompetensiyalara yiyələnməsini təmin edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb