"Tələbə obyektivi" sərgisindən FOTOREPORTAJ

11:18 | 18.05.2015

"Tələbə obyektivi" sərgisindən FOTOREPORTAJ

"Oda teatrı”nda Bakı Dövlət Universitetində (BDU) təhsil alan və fotoqrafiya ilə məşğul olan bir qrup tələbələrin "Tələbə obyektivi” adlı  fotosərgisi keçirilib.  

Sərgini giriş sözü ilə açan BDU-nun radiojurnalistika fənninin müəllimi Nərmin Nöqtə, daha sonra gənc fotoqraflardan Əziz Elxanoğlu, Əhməd Muxtar və Orxan Əzim  Azərbaycanda jurnalistika sahəsində ixtisaslaşmanın son illərdə aparıldığını, fotojurnalistikanın  isə ayrı fənn kimi heç bir universitetdə tədris olunmadığını qeyd ediblər. Tədbir təşkilatçıları bu sahəyə marağı olan tələbələrin  müəyyən kurslarda, yaxud təlimlərdə hər hansı bilik və bacarıqlara sahib olduqlarını deyərək sərginin keçirilməsində məqsədin tələbələrə motivasiya vermək, eləcə də əməklərinin qiymətləndirildiyinin onlara göstərmək olduğunu söyləyiblər. 

Qeyd edək ki, sərgidə iştirak edən tələbələr sərgidə hansı fotoların seçildiyindən xəbərsiz olublar. Sərgidə BDU tələbələrindən Nəcəf Nəcəfli, Şirin Tire Abbasov, Məhəmməd Novruzov, İsmət Paşa, İlkin Quliyev, Orxan Səfərli, Aysel Viento, Gülarə Zeynalova, Kamil Əmirli, Maral, Səidə Məmmədovanın fotoları nümayiş olunub.

Fotolar Fərqanə Novruzovanındır


 

































































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb