Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

16:20 | 22.11.2017
Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Moskvadakı Çerkizov bazarının sabiq sahibi Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib.

Anews.az "Mash" teleqram kanalına istinadən xəbər verir. 

Biznesmenin Provansda məskunlaşmaq istədiyi bildirilir.

Məlumata əsasən, İsmayılov Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə söhbətdə Rusiyanın bütün güc strukturlarının rəhbərlərinə qarşı əlində kompromat olduğunu vurğulayıb və söz verib ki, ona sığınacaq veriləcəyi təqdirdə, bütün məlumatları Fransaya ötürəcək.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM