Təngaltı: təbiətin qoynunda son fürsət - FOTOLAR

09:24 | 28.09.2015
Təngaltı: təbiətin qoynunda son fürsət - FOTOLAR

Təngaltı: təbiətin qoynunda son fürsət - FOTOLAR

Təqvimə görə, sentyabrın 22-də ölkəmizə payız fəsli daxil olub. Amma görünən odur ki, yaşıllıqlar, yayın istisi hələ təslim olmaq istəmir, öz gözəlliyi ilə insanları məftun edir. Düzdür, yayın qızmar istilərinin üzərinə payızın həzin sərinliyi hopub, ağaclar şeh bağlayır, tək-tük saralmış yarpaqlar yerə düşür, amma təbiət hələ də yaşıllığı ilə qürur duyur. 
 
Bu təsvirləri daha bariz şəkildə rayonlarımızda, kənd və qəsəbələrdə görmək mümkündür. Qubanın istirahət guşələrindən biri olan Təngaltında olarkən təbiətin gözəlliyinə vurulmamaq olmur. Sadə adamlar da "son fürsətdir" deyib bu məqamı əldən vermək istəmir, ağır iş həftəsinin yorğunluğunu üzərlərindən atmaq istəyirlər. Axı, bir azdan yağışlar başlayacaq, yarpaqlar saralacaq, hər yer qızılı rəngə boyanacaq və təbiətin ayrı bir don geyinəcəyinə görə buralara baş çəkmək o qədər də asan olmayacaq.
 
 Fərqanə Novruzova
Fotolar müəllifindir
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb