Tərtərdə avtomobil atlını vurub öldürdü - VİDEO

11:10 | 02.05.2019
Tərtərdə avtomobil atlını vurub öldürdü - VİDEO

Tərtərdə avtomobil atlını vurub öldürdü - VİDEO

Tərtər rayonunun Poladlı kəndi ərazisində atlının ölümü ilə nəticələnən qəzanı törədərək hadisə yerindən qaçan sürücü həbs edilib. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, qəzanı törədən "NAZ Lifan” markalı avtomobilin sürücüsü Mamırlı kənd sakini Hüseyn Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

***

Tərtər rayonunda atlının ölümü ilə nəticələnən qəza baş verib

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.  

Hərəkətdə olan "Lifan” markalı minik avtomobili yol kənarında atla hərəkət edən kənd sakini 1979-cu il təvəllüdlü Hüseynov Məhər Məhərrəm oğlunu vurub. 

Yaralı xəstəxanaya çatdırılsa da, həkimlər onun çoxdan öldüyünü bildirib.

Faktla bağlı rayon polisində araşdırma aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb