Tomas Müller "Barselona"nın hədəfində

22:33 | 23.04.2014
Tomas Müller "Barselona"nın hədəfində

Tomas Müller "Barselona"nın hədəfində

"Bavariya" klubunun hücumçusu Tomas Müller karyerasını İspaniya La Liqasında davam etdirə bilər.Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, alman futbolçu ilə "Barselona" klubu yaxından maraqlanır.Kataloniya təmsilçisi Müllerin transferi üçün qarşı tərəfə 45 milyon avro ödəməyə hazırdır. Münhen təmsilçisi klubla 2017-ci ilə qədər müqaviləsi olan Mülleri satmağı düşünmür. Lakin yüksək məbləğ qarşılığında 24 yaşlı futbolçunun komandadan ayrılacağı gözlənilir.Qeyd edək ki, 2008-ci ildən "Bavariya"nın şərəfini qoruyan Müller keçirdiyi 162 oyunda 57 dəfə rəqib qapılarına yol tapıb.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM