Topaz Premyer Liqasında təqvim dəyişdirildi

17:01 | 19.08.2014
Topaz Premyer Liqasında təqvim dəyişdirildi

Topaz Premyer Liqasında təqvim dəyişdirildi

Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib.“Qafqazinfo” “pfl.az” saytına istinadən xəbər verir ki, “Qarabağ” və “Neftçi” klubları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirdiyindən onların III turdakı matçlarının vaxtı dəyişdirilib. Peşəkar Futbol Liqası avrokuboklardakı təmsilçilərimizin müraciətini əsaslı sayıb və iki matçın vaxtını dəyişdirilməsini düzgün hesab edib. Belə ki, “Araz Naxçıvan” – “Qarabağ” qarşılaşması avqustun 23-də deyil, ertəsi gün keçiriləcək. Həmin günə planlaşdırılan AZAL – “Neftçi” görüşü isə avqustun 25-də baş tutacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb