"Trabzonspor" - "Fənərbaxça" oyununda hakim döyüldü - Fotolar

09:47 | 25.04.2016

"Trabzonspor" - "Fənərbaxça" oyununda hakim döyüldü - Fotolar

Türkiyə Superliqasının 30-cu turunda keçirilən "Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq dayandırılıb.

Qol.az-ın  Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna  meydan sahiblərinin azarkeşlərinin hərəkətləri səbəb olub.
 
Yerli azarkeşlər "Trabzonspor”un 0:4 hesabı ilə geridə olduğu vaxt meydana yad cisimlər atıblar. Qısa fasilədən sonra oyun davam edib.
 
Lakin matçın 89-cu dəqiqəsində yerli azarkeşlərdən biri meydançaya daxil olub və yan xətt hakiminə zərbələr endirib.
 
Bir qədər sonra isə meydançaya xeyli azarkeş daxil olub. Bunu görən matçın baş hakimi  Bülənt Yıldırım oyunu yarımçıq dayandırıb.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb