Tramp Netanyahunun əlini sıxmağı unutdu – VİDEO

10:30 | 23.05.2017
Tramp Netanyahunun əlini sıxmağı unutdu – VİDEO

Tramp Netanyahunun əlini sıxmağı unutdu – VİDEO

ABŞ prezidenti Donald Tramp İsrailə rəsmi səfəri zamanı bu ölkənin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

Anews.az xəbər verir ki, rəsmi mərasim xoşagəlməz hadisə ilə yadda qalıb: Amerika lideri protokol foto üçün baş nazirin əlini sıxmağı unudub.

Tramp birinci əl sıxmanı unutmayıb, iki ölkə liderləri görüşə dair jurnalistlərə açıqlama veriblər. Mətbuat nümayəndələri ilə görüşün sonunda Tramp və Netanyahu yenidən əl sıxmalı idilər. Amma amerikalı lider bunu unudub. Netanyahu əlini uzadaraq bir neçə saniyə gözləməli olub, lakin Tramp üz çevirərək kameralar qarşısından uzaqlaşıb. Daha sonra geri qayıdan ABŞ prezidenti baş nazirin əlini möhkəm sıxıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM