Trampın bir tvitindən Bakı milyonlar qazandı

19:45 | 12.04.2018
Trampın bir tvitindən Bakı milyonlar qazandı

Trampın bir tvitindən Bakı milyonlar qazandı

ABŞ Prezidenti Donald Tramp Suriyadakı kimyəvi hücuma "təsirli" bir cavab veriləcəyi ilə bağlı tvitindən sonra dünya bazarında neftin qiyməti sürətlə bahalaşıb.

Axar.az xəbər verir ki, bahalaşmaya Suriyada müharibə təhlükəsi və neft ixracında ləngimə ehtimalları yol açıb. Beləliklə, "Brent” nefti qısa müddətə 4 dollar bahalaşıb.

Tvitin yazıldığı vaxt barreli 70 dollar civarında olan "Azəri Layt” isə hazırda 75 dollara yaxındır.

Beləliklə, Trampın tvitindən sonrakı iki gün ərzində Bakı neftin bahalaşması səbəbindən əlavə olaraq təxminən 1.8 milyon gəlir əldə edib.

Suriyada vəziyyətin gərgin olaraq qalması səbəbindən neftin bahalaşması davam edir. Ekspertlərin fikrincə, bahalaşma bir müddət davam edə bilər.

Qeyd edək ki, Azərbaycan gündəlik 400-450 barrel civarında neft satır. Yəni neftin bir dollar bahalaşması ölkəmizə günlük əlavə 400-450 min dollar gəlir gətirir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb