Türkiyə mətbuatı: "Qarabağ"ın tarixi zəfəri"

12:54 | 31.07.2014
Türkiyə mətbuatı: "Qarabağ"ın tarixi zəfəri"

Türkiyə mətbuatı: "Qarabağ"ın tarixi zəfəri"

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın "Zalsburq" üzərində qələbə qazanması  Türkiyə mətbuatının da marağına səbəb olub.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisinin zəfərini qardaş ölkənin "Cümhuriyyət" qəzeti  "Qarabağ"dan tarixi zəfər" başlığı ilə oxucularına çatdırıb. Həmçinin, bu qələbə "NTVspor" saytında da əsas xəbərlər arasında yer alıb.
"Qarabağ" və "Legiya"nın gecəsi" başlığı altında verilən xəbərdə komandamızın "Zalsburq"a 2:1, "Legiya"nın isə "Seltik"ə 4:1 hesabı ilə qalib gəlməsi gecənin sürpriz nəticəsi kimi qiymətlənidirilib. 
Xatırladaq ki, "Qarabağ" "Zaslburq"la qalib gəlməklə ÇL-ın III təsnifat mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası olub.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb