Türkiyədə səfərbərlik

14:41 | 14.05.2014
Türkiyədə səfərbərlik

Türkiyədə səfərbərlik

Gül bütün orqanların fəaliyyətə keçməsi barəsində göstəriş verib

Türkiyə prezidenti Abdullah Gül ölkəni yasa boğan Soma faciəsi ilə əlaqədar dövlətin bütün orqanlarının fəaliyyətə keçməsi barəsində göstəriş verib. 

ANS PRESS-in məlumatına görə, Gül hadisənin qeydə alındığı Manisa bölgəsinin valisi Abdürrəhman Savaş ilə görüşüb. Görüşdən dərhal sonra Türkiyə prezidenti hadisə zamanı köməksiz qalanların xilas edilməsi üçün dövlətin bütün imkanlarının səfərbər edilməsi barəsində təlimat verib. 

Qeyd edək ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yarnmış qısaqapanmanın səbəb olduğu bildirilir. 

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız mədən qəzasında ölənlərin sayının 201 nəfərə çatdığını açıqlayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb