TürkPA-da sədrlik Türkiyədən Azərbaycana keçdi

18:45 | 12.06.2014
TürkPA-da sədrlik Türkiyədən Azərbaycana keçdi

TürkPA-da sədrlik Türkiyədən Azərbaycana keçdi

Türkdilli ölkələrin Parlament Assambleyasında (TürkPA) sədrlik Türkiyədən Azərbaycana keçib.APA-nın məlumatına görə, sədrliyin təhvil verilmə mərasimi bu gün Bakıda keçirilən TürkPA Şurasının iclasında baş tutub. İclasda Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxış edərək, ölkəsinin sədrliyi dövründə TürkPA-nın fəaliyyətindən danışıb. Daha sonra sıra ardıcıllığına uyğun olaraq sədrliyin Azərbaycana keçdiyini elan edib. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə çıxış edərək sədrliyin qəbul edildiyini bildirib. Qeyd edək ki, TürkPA-ya 4 ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb