Turistlər Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ

13:15 | 10.04.2018
Turistlər Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ

Turistlər Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ

Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə cari ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Kult.az-a verilən məlumata görə, görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31,565,965 manat yəni 20% daha çox vəsait xərclənmişdir.

2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1,022,036,752 manat məbləğində vəsait xərcləmişdir.

Azərbaycan vətəndaşları tərəfindən isə xaricdə 2 ay ərzində 179,521,339 manat məbləğində əməliyyat aparılıb. Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11,406,360 manat daha çoxdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb